Biləcəridə qanunsuz zəbt dayandırıldı, icra hakimiyyəti isə susur

DogruXeber.tv: - Binəqədi rayonunun Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi 8 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının birinci mərtəbə mənzilinin sahibi binanın arxa hissəsi ilə magistral yol arasında yerləşən ümumi istifadədə olan torpaq sahəsini qanunsuz şəkildə zəbt edib. Sözügedən şəxs 40 kvadrat metrdən artıq ərazini betonlamaqla faktiki olaraq mənimsəməyə cəhd göstərib.

Video görüntülərdən də açıq şəkildə görünür ki, ərazidə mövcud olan iki iri gövdəli ağacın kök hissəsinə beton tökülərək onların inkişafı qəsdən məhdudlaşdırılıb, bu isə ekoloji qanunvericiliyin kobud şəkildə pozulması kimi qiymətləndirilir.

Məsələ ilə bağlı əraziyə baxış keçirən ekologiya qurumunun nümayəndəsi vətəndaşa inzibati xəta törətdiyini bildirib və rəsmi xəbərdarlıq edib. Lakin edilən xəbərdarlığa baxmayaraq, qanunazidd əməllər davam etdirilib, daha sonra isə ağacların dibinə tökülən beton torpaqla örtülərək izlərin gizlədilməsinə cəhd göstərilib. Bu fakt artıq sadəcə özbaşınalıq deyil, qanun tələblərinin açıq-aşkar saya salınmaması kimi dəyərləndirilir.

Redaksiyamızın ünvanladığı rəsmi sorğuya cavab olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin strukturuna daxil olan Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən operativ reaksiya verilib və əməkdaşların müdaxiləsi nəticəsində özbaşına aparılan tikinti işlərinin qarşısı alınıb. Aidiyyəti dövlət qurumları tərəfindən qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlərin görüldüyü bildirilib.

Lakin bütün bu proseslər fonunda ən diqqətçəkən və narahatedici məqam Binəqədi Rayon İcra Hakimiyyətinin məsələ ilə bağlı hələ də susqunluq nümayiş etdirməsidir. Ərazinin ümumi istifadədə olmasına, yaşıllıqların məhv edilməsi faktına və dövlət qurumlarının müdaxiləsinə baxmayaraq, yerli icra hakimiyyəti tərəfindən nə ictimaiyyətə açıqlama verilib, nə də görülən tədbirlərlə bağlı məlumat təqdim olunub.

Bu susqunluq haqlı olaraq suallar doğurur:

Ümumi torpaq sahələrinin qanunsuz zəbt edilməsinə kim nəzarət etməlidir? Yaşıllıqların məhv edilməsi faktı niyə yerli icra hakimiyyətinin diqqətindən kənarda qalır? Və ən əsası, icra hakimiyyəti baş verənlərə niyə münasibət bildirmir?

Qanunvericiliyə əsasən, ümumi istifadədə olan ərazilərin zəbt edilməsi, yaşıllıqlara zərər vurulması və özbaşına tikinti işləri inzibati və bəzi hallarda cinayət məsuliyyəti yaradan əməllərdir. Bu baxımdan məsələ ilə bağlı icra hakimiyyətinin mövqeyinin açıqlanması, görülən tədbirlərin ictimaiyyətə təqdim edilməsi və məsul şəxslərin müəyyən edilərək cəzalandırılması zəruridir.

Redaksiyamız mövzunu diqqətdə saxlayır və Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi mövqeyini dərc etməyə hazırdır.//bakunews.az

Son xəbərlər

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Sərnişin avtobusu dərəyə aşdı: 28 ölü

FETÖ-ya daha bir ağır zərbə: 11 nəfər həbs edildi

Netanyahu Trampla təcili görüş istəyir - Nədən narahatdır?

Bütün xəbərlər