AYNA bu qəsəbəni görmür — Avtobus yoxdur, ailələr taksiyə möhtac qalıb

DogruXeber.tv: - Bakı şəhərinin Türkan qəsəbəsində ictimai nəqliyyatla bağlı uzun müddətdir davam edən problemlər sakinlərin gündəlik həyatını ciddi şəkildə çətinləşdirir. Qəsəbəyə gedən yeganə marşrut xətti olan 215 nömrəli avtobus 40–45 dəqiqədən bir gəlir, bəzi hallarda isə ümumiyyətlə xəttə çıxmır və ya texniki nasazlıq səbəbilə yolda qalır.

Tribuna.az-a şikayətlərini bildirən sakinlərin sözlərinə görə, bu vəziyyətdə vətəndaşlar məcburən taksidən istifadə etməli olur, bu isə xüsusilə aztəminatlı və çoxuşaqlı ailələr üçün əlavə maliyyə yükü yaradır.

Problemlər bununla da bitmir. Normalda Hövsana qədər hərəkət etməli olan 210 nömrəli avtobus faktiki olaraq həmin istiqamətdə fəaliyyət göstərmir. Hətta marşrut xəttinə görə avtobusun Türkandakı hərbi hissəyə qədər gəlməli olduğu bildirilsə də, bu, reallıqda təmin edilmir.

Sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini desələr də, heç bir nəticə əldə olunmayıb. Bir müddət əvvəl Türkan istiqamətində əlavə marşrut xətti ayrılsa da, sonradan izah verilmədən ləğv edilib.

Xüsusilə təhsil alan uşaqlar və valideynlər vəziyyətdən daha çox əziyyət çəkir. Türkan qəsəbəsində normal məktəbin olmaması səbəbindən bir çox ailə övladlarını Hövsan məktəblərinə aparmağa məcbur qalır. Bu isə günün böyük hissəsinin yolda keçməsi və gündə bir neçə dəfə taksi xərci deməkdir. 2–3 uşağı olan ailələr üçün bu, artıq ciddi sosial problemə çevrilib.

Sakinlər məsələ ilə bağlı AYNA və digər aidiyyəti qurumlardan real və davamlı həll gözləyirlər.

Son xəbərlər

Sabah çimərliklərdə dəniz suyu 25 dərəcəyədək isinəcək

Xəzər rayonunda avtomobilləri talayan şəxs saxlanıldı

Ceyhun Bayramov Polşaya getdi

Qusarda 14 və 17 yaşadək cüdoçular arasında region birincilikləri keçiriləcək

Türkiyə parlamentində ilk - Deputatlar evləndi

Ceyhun Bayramov Polşaya getdi

Bu şirkətlər əlindən cana doyan sakinlər çarəsiz qalıb+Video

ABB-də problem: müştərilərin hesabları silindi

Fransada Ebolaya ilk yoluxma qeydə alındı

Aşura mərasimlərinə uşaqların aparılması doğrudurmu?

İran ABŞ və İsraili beynəlxalq məhkəməyə verəcək

Xətai rayonunda Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib+VİDEO

Bu yolda hərəkət məhdudlaşdırıldı

Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlandı

Türkiyəyə 200 kq ağırlığında dron düşdü

Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?

ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasını nəzərdə tutan qətnaməni təsdiqləyib

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?

Portuqaliya və İngiltərə ikinci oyununa çıxır

Hacı Şahinin oğlu məzun oldu

Qəbələdə 4 ton çətənə kolu məhv edildi

Litvanın Baş naziri istefa verdi

Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək

Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var

İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti

İlham Əliyev həmkarını yola saldı

"Kəpəz" yeni baş məşqçisini açıqladı

Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU

Şəhid övladları liseyə qəbul olundular - ADLAR

Bütün xəbərlər