Qarabağ Regional Təhsil İdarəsinin müdiri hansı peşə hazırlığına malikdir?

DogruXeber.tv: - Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli ilə bağlı sosial şəbəkələrdə yayılan sənədlər ictimai müzakirələrə səbəb olub. Söhbət onun ali təhsili barədə yayılan diplom şəkillərindən gedir.

Yayılan diplom məlumatlarına əsasən, Sənan Mənsimli 2009–2013-cü illərdə Azərbaycan Texnologiya Universitetində bakalavr təhsili alıb. Sənəddə göstərilir ki, o, Telekommunikasiya fakültəsinin “Rabitə qovşaqları və kommutasiya sistemləri” ixtisası üzrə təhsil alıb. Bu ixtisas texniki sahəyə aid olmaqla, nə “idarəetmə”, nə də “təhsil” profilli ixtisaslar sırasına daxil deyil.

Qarabağ Regional Təhsil İdarəsinin müdiri hansı peşə hazırlığına malikdir?

Mediatv.az bildirir ki, maraqlı məqam ondan ibarətdir ki, hazırda Sənan Mənsimli ölkənin strateji əhəmiyyət daşıyan regionlarından biri olan Qarabağda təhsil sisteminin idarə olunmasına cavabdeh əsas vəzifəli şəxsdir. Halbuki onun ali təhsil ixtisası ilə tutduğu vəzifə arasında açıq uyğunluq görünmür.Məsələ təkcə ictimai maraq doğuran faktla bitmir — burada qanunvericiliyin tələbləri ilə tutulan vəzifə arasındakı uyğunluq sualı ortaya çıxır.“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 29.0.3-cü maddəsinə əsasən:Təhsil müəssisələrinin və təhsili idarəetmə orqanlarının rəhbər işçiləri müvafiq sahə üzrə ali təhsilə və pedaqoji, elmi-pedaqoji və ya idarəetmə fəaliyyətinə dair peşə hazırlığına malik olmalıdırlar.Texniki rabitə ixtisası üzrə bakalavr təhsilinin təhsil idarəçiliyi anlayışı ilə hansı formada uyğunlaşdırıldığı isə sual doğurur.“Dövlət qulluğu haqqında” Qanunun 7.0.2-ci maddəsində qeyd olunur ki, dövlət qulluğuna qəbul zamanı: vəzifənin icrası üçün zəruri olan ixtisas və peşə hazırlığı əsas meyar hesab edilir.Eyni zamanda, 28-ci maddəyə əsasən:dövlət qulluqçusu tutduğu vəzifəyə peşə yararlılığı baxımından uyğun olmalıdır.Regional təhsil idarəsi müdiri vəzifəsi isə yüksək səviyyəli sahə biliyi, normativ-hüquqi biliklər və təhsil menecmenti bacarıqları tələb edən postdur.Elm və Təhsil Nazirliyinin səlahiyyətlərini müəyyən edən normativ aktlara görə, nazirlik təhsil sahəsində kadr siyasətinin formalaşdırılmasına,rəhbər vəzifələrə peşəkar kadrlan seçilməsinə cavabdehdir. Bu baxımdan, texniki rabitə ixtisası üzrə ali təhsil almış bir şəxsin Qarabağ Regional Təhsil İdarəsinə rəhbər təyin edilməsi kadr siyasətində istisna haldırmı, yoxsa sistemli yanaşmanın nəticəsidir?

Açıq qalan suallar

Hazırda Təhsil Nazirliyinin rəsmi səhifəsində belə bir iddianı təsdiq və ya inkar edən açıqlama yer almır.Sosial şəbəkələrdə yayılan məlumata görə S.Mənsimli Emin Əmrullayevin yaxın dostudur.O nazirin dostu olduğu üçün bu vəzifəyə sahiblənə bilib. Sənan Mənsimlinin təhsil sahəsi üzrə əlavə ixtisaslaşması, magistratura və ya idarəetmə təhsili varmı?Əgər yoxdursa, bu təyinat “Təhsil haqqında” Qanunun 29-cu maddəsinin tələblərinə necə uyğunlaşdırılıb?Qarabağ kimi strateji və həssas regionda təhsilin idarə edilməsi eksperimental kadr yanaşması iləmi həyata keçirilir?

Qarşı tərəfin cavab haqqını tanıyırıq.//Mediatv.az

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər