2 dəfə sökülüb, 3-cü dəfə tikilir – Binəqədidə işləyən neft quyusunun üstündə qanunsuz obyekt inşa olunur VİDEO

Dogruxeber.tv: - Bakı şəhərinin Binəqədi rayonunda, Şah Abbas küçəsiylə Dəyirman yolunun kəsişməsindəki “777” tikinti malları mağazasının arxasında qanunsuz nəhəng tikinti işi aparılır. Ona görə qanunsuzdur ki, sözügedən ərazi Dövlət Neft Şirkətinin balansındadır və obyekt fəaliyyətdə olan neft quyusunun bir neçə metrliyində inşa olunur.

Bildirilir ki, məhz qanunsuz olması ilə əlaqədar tikinti 2 dəfə sökdürülüb, amma bununla belə yenə işlər bərpa olunub. Həm də sözügedən obyektin inşa işləri həftənin şənbə və bazar günləri həyata keçirilir.

Obyektlə bağlı əldə etdiyimiz məlumat təxmin etməyə əsas verir ki, əgər 2 dəfə söküləndən sonra sahibkar öz sevdasından əl birdəfəlik çəkməyibsə, demək, hər dəfə ona ümid verib, “əşi, boş şeydir, bir az ara sakitləşsin, yenə qaldırarsan” – deyən məmur olub. Hələ üstəlik, tövsiyə də verib - ustaları ara günlər deyil, məhz qeyri-iş günləri işlətsin ki, jurnalistlər zəng vurub onu və onun kimi başqa nəzarətçi məmurları dəng eləməsinlər.

Görünən odur ki, Binəqədi rayonunda qanunsuz tikililərin baş alıb getməsi barədə döyülən “həyəcan təbilini” de-fakto torpaq maqnatları - Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev və ARDNŞ prezidenti Rövşən Nəcəf eşitmirlər. Çünki bu vəzifəli şəxslərin tabeliyində işləyən funksionerlər həmin qanunsuz tikilinin davam etdirilməsindən yaxşı xəbərdardırlar.

Tikinti yerində qeydə aldığımız video-görüntüləri başda cənab Elxan Allahverdiyev olmaqla cavabdeh məmurlara göndərmişik. Cavabları ləngiyir.//Nyus.Az

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər