Köhnə “ab-hava” dağıdılmır: Maliyyə-İqtisad Kollecində imtahan ədaləti sual altındadır

DogruXeber.tv: - Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov son illər ali təhsil sistemində imtahanların şəffaf keçirilməsi, qiymətləndirmədə obyektivliyin qorunması istiqamətində ardıcıl mövqe nümayiş etdirir. UNEC-də tətbiq olunan elektron imtahan mexanizmləri, nəzarət tədbirləri və ictimai hesabatlılıq cəmiyyət tərəfindən də müsbət qarşılanır. Lakin təəssüf ki, bu islahat ruhu Azərbaycan Dövlət İqtisad Universiteti-nin nəzdində fəaliyyət göstərən Maliyyə-İqtisad Kollecində hələ də tam bərqərar olmayıb.

Mediatv.az-ın redaksiyasına daxil olan müraciətdən aydın görünür ki, kollecdə illərdir formalaşmış köhnə “ab-hava” qorunub saxlanılır və bu, xüsusilə imtahan proseslərində özünü açıq şəkildə büruzə verir.

Köhnə “ab-hava” dağıdılmır: Maliyyə-İqtisad Kollecində imtahan ədaləti sual altındadır

Daxil olan məlumatlarda bildirilir ki, kollecin tədris hissə müdiri İlham Abbasov imtahanlar ərəfəsində bəzi tələbələrin,özünün şəxsi maraqlarına uyğun olaraq imtahanqabağı giriş ballarının süni şəkildə artırılmasına nail olur. Bu cür hallar ali və orta ixtisas təhsili sistemində bərabərlik prinsipini, akademik dürüstlüyü və qanunvericiliyin tələblərini kobud şəkildə pozur.
Söhbət artıq sadəcə daxili intizam pozuntusundan deyil, təhsildə korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə və təhsil hüququnun tapdanması kimi ağır hüquqi məsuliyyət yaradan əməllərdən gedir. Bu isə nəinki kollecin, ümumilikdə dövlət təhsil siyasətinin nüfuzuna ciddi zərbə vurur.
Görəsən rəhbərlik bu cür hallardan xəbərdardırlarmı?
Xəbərdarlarsa, niyə indiyədək qarşısı alınmayır?
Yox əgər xəbərsizdirlərsə, bu qədər açıq iddialar necə nəzarətdən kənarda qala bilib?
Bir tərəfdən şəffaflıqdan danışıb, digər tərəfdən köhnə “alverçi” imtahan ənənələrinə göz yummaq cəmiyyət üçün qəbulolunan deyil.

Redaksiya olaraq mövzunu diqqətdə saxlayırıq və qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Oxunub: 200

Son xəbərlər

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Meriya 61 milyon manatı nəyə xərcləyəcək?

Ceyhun Bayramov koreyalı həmkarı ilə danışdı

Erməni nazir: “Boşuna hay-küy salmayın, Azərbaycan düz edir”

Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib

Azərbaycanda monitorinqə cəlb ediləcək dövlət müəssisələrinin reyestri yaradılıb

Maşınını qaçırdığına görə qohumunu bıçaqladı

ÜDM 183,7 milyon manat azalıb

Gələcək qaynanasının qızıllarını oğurlayıb özünə nişan mərasimi keçirdi

AYNA bu avadanlıqlar üçün 1.5 milyon ayırdı

Azərbaycanda 11 şəhərin baş planı təsdiq olunacaq

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin həbsi tələb olundu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

"Sumqayıt"ın forvardı Rüstəm Əhmədzadə: "Səkkiz penaltidən beşini boşa verməyimiz təsadüfdür"

Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotikin təsiri altında saxlanıldı

Əməkdar jurnalistə vəzifə verildi

Şahin Mustafayev Ermənistanda səfərdədir

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Cinayətdə şübhəli bilinən 64 nəfər tutuldu

Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq

Rusiya orduya 20 minə yaxın xarici vətəndaş cəlb edir

"Caspian İnvest" BOKT maliyyə vəziyyətini açıqlayıb

Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təmir üçün materiallar alacaq

Bütün xəbərlər