Qazax Dövlət Sosial-İqtisadi Kollecində milli dəyərlərə biganəlik və rüşvət narahatlıq doğurur + ŞOK İDDİA / FOTO+VİDEO

DogruXeber.tv: - Son dövrlərdə Qazax Dövlət Sosial-İqtisadi Kollecində təlim-tərbiyə prosesinə kifayət qədər nəzarət olunmadığı açıq-aşkar müşahidə edilir. Məktəbi bitirib həyata atılan gənclər bu gün milli musiqimizə deyil, rep və meyxana üslublu mahnılara üstünlük verirlər.

Bu isə təhsil müəssisəsinin əsas vəzifələrindən biri olan milli-mənəvi tərbiyənin geridə qalmasının əyani göstəricisidir.

Məsələni daha da ciddi edən isə kollecin rəhbərliyinin, xüsusilə direktor Elşad Quliyevin məktəbə lazımi diqqət yetirməməsidir. Görünür, Elşad Quliyevin başı daha çox şəxsi maraqlara və Qazaxda obyektlər, bahalı evlər tikdirməyə qarışıb. Nəticədə, tələbələr arasında milli-mənəvi tərbiyənin zəifləməsi və gənclərin milli dəyərlərə biganə yanaşması müşahidə olunur.

Təəssüf ki, yalnız təhsil verməklə kifayətlənən bir yanaşma burada yetərli deyil. Təhsil müəssisələri gəncləri milli ruhda yetişdirmək, vətənpərvər etmək və gələcək nəsli mədəni dəyərlərə hörmət ruhunda tərbiyə etmək missiyasını da daşıyır. Bu baxımdan Qazax Dövlət Sosial-İqtisadi Kollecində mövcud boşluqlar ciddi narahatlıq doğurur və dərhal tədbir görülməlidir.

Durumu daha da kəskinləşdirən məsələ isə sosial şəbəkələrdə yayılan videolar (cavid1999 TikTok hesabı ilə paylaşıblar) və şərhlərdə özünü göstərir. Bəzi tələbələr açıq şəkildə iddia edirlər ki, imtahanlarda 200–300 manat pul tələb olunur. Şərhlərdə qeyd olunur ki, bu ödənişlər yalnız qiymət üçün tələb olunur və gizli şəkildə təşkil edilir. Tələbələrin rəyinə görə, pul yığımı həm fənn müəllimləri, həm də bəzi hallarda rəhbərliyin müəyyən dairəsi vasitəsilə həyata keçirilir. Bu hallar təhsil prosesinə, tələbələr arasında ədalət prinsipinə və kollecin nüfuzuna ciddi zərbə vurur.

Video: https://t.me/olke_ve_dunya_gundemi/25703

Cəmiyyətin, valideynlərin və mədəniyyət ictimaiyyətinin gözləntisi ondan ibarətdir ki, kollecin rəhbərliyi dərhal bu hallara diqqət yetirsin, rüşvət iddialarını araşdırsın və gəncləri milli dəyərlərə hörmət ruhunda tərbiyə etmək məsələsini prioritetə çevirsin. Milli musiqi, mədəni irs və dəyərlərin qorunması yalnız mədəniyyət ocaqlarının deyil, bütün təhsil müəssisələrinin vəzifəsidir.

Qazax Dövlət Sosial-İqtisadi Kollecində baş verən bu halların araşdırılması, aidiyyəti qurumların müdaxiləsi və tələbələr üçün şəffaf və ədalətli imtahan mühitinin yaradılması zəruridir. Əks halda, bu cür boşluqlar həm milli-mənəvi tərbiyəyə, həm də gələcək nəsil üçün təhsil sisteminin etibarlılığına ciddi zərbə vuracaq.

Xatırladaq ki, mətbuatda, eləcə də Sosial şəbəkələrdə rayona məxsus qrup və səhifələrdə yayılanlara görə Kollec direktoru Elşad Quliyevin Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovaya arxalandığı yazılıb.

Onu da xatırladaq ki, 2024-cü il 14-16 noyabr tarixlərində Gəncə, Qazax, Tovuz və Bakı Dövlət Universitetinin nəzdindəki kolleclərdə monitorinq keçirilib. Aşkarlanan nöqsanlara görə rəhbər şəxslərə şiddətli töhmət və xəbərdarlıq verilib. Mətbuatda yayılan məlumatlara görə, həmin vaxt Qazax Dövlət Sosial-İqtisadi Kollecin direktoru Elşad Quliyevə də şiddətli töhmət verildiyi bildirilir.//32gun.az

Qazax Dövlət Sosial-İqtisadi Kollecində milli dəyərlərə biganəlik və rüşvət narahatlıq doğurur + ŞOK İDDİA / FOTO+VİDEO

Qazax Dövlət Sosial-İqtisadi Kollecində milli dəyərlərə biganəlik və rüşvət narahatlıq doğurur + ŞOK İDDİA / FOTO+VİDEO

Qazax Dövlət Sosial-İqtisadi Kollecində milli dəyərlərə biganəlik və rüşvət narahatlıq doğurur + ŞOK İDDİA / FOTO+VİDEO

Qazax Dövlət Sosial-İqtisadi Kollecində milli dəyərlərə biganəlik və rüşvət narahatlıq doğurur + ŞOK İDDİA / FOTO+VİDEO

Qazax Dövlət Sosial-İqtisadi Kollecində milli dəyərlərə biganəlik və rüşvət narahatlıq doğurur + ŞOK İDDİA / FOTO+VİDEO

Qazax Dövlət Sosial-İqtisadi Kollecində milli dəyərlərə biganəlik və rüşvət narahatlıq doğurur + ŞOK İDDİA / FOTO+VİDEO

Oxunub: 195

Son xəbərlər

"Çox kökəlmişəm, utanıram"

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Mersedes”lə qəza törətdi: anası ÖLDÜ

Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər?

Güler Modriç və Krossu geridə qoydu

Pakistan Prezidenti bu gün Çinə səfər edəcək

Yamal La Liqada ən yaxşı seçildi

Alimlər kainatımız 4 deyil, 7 ölçüdən ibarət ola biləcəyini iddia edir

Deputat oğlunun şirkəti 29 milyonluq tender qazandı

Avropa çempionatı: Azərbaycanın səkkiz güləşçisi döşək üzərinə çıxacaq

XİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Premyer Liqası: XXIX tura iki oyunla start veriləcək

“Brent” nefti bahalaşıb

ABŞ Venesuelaya Maduro üçün hüquqi xidmətlərin haqqını ödəməyə icazə verib

Ranyeri vəzifəsindən ayrıldı

Qazinin atasına qarşı DƏLƏDUZLUQ: Qadın biznesmenə cinayət işi açıldı

“Sənətkarlar üçün qəbiristanlıq yaradılsın” – Xalq artisti

Afrikada amerikalı milyarderi fillər tapdalayıb öldürdülər

Gənc samboçumuz Avropanı fəth etdi

Şagirdin bu gün ehtiyacı olan SEVGİDİR

Cənubi Qafqazda yeni güc balansı və infrastruktur rəqabəti - Azərbaycan önə çıxır

Rabitəbankdan sahibkarlar gününün 10 illiyinə özəl mikrokreditlər üzrə “10% daha sərfəli” kampaniyası

Baş prokuror İran səfirini qəbul edib

Aİ liderləri yeni maliyyə resurslarının tətbiqinə geniş dəstək ifadə ediblər

Dağıstan və Çeçenistanda genişmiqyaslı torpaq sürüşmələri baş verə bilər

Nazirlər Kabineti vahid indekslərin siyahısında dəyişiklik edib

Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb

70 yaşlı kişini lüks avtomobili ilə DƏFN ETDİLƏR

Xarici media nümayəndələri Zəngilan rayonunun Ağalı kəndinə səfər ediblər

Dövlət Xidməti Sabirabadda vətəndaş qəbulu keçirdi

Bütün xəbərlər