gundem / hadise / dunya
24.01.2026
Türkiyənin Balıkesir vilayətində yenidən zəlzələ baş verib
Türkiyənin Balıkesir vilayətində yenidən zəlzələ baş verib.
"DogruXeber.tv" xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Qeyd edilib ki, yeraltı təkanların episentri Balıkesirin Sındırqı rayonudur.
Növbəti zəlzələ saat 10:34-də, 6,91 kilometr dərinlikdə, 4,2 bal gücündə qeydə alınıb.



