DGK bir ildə “Arash Medical Company”ə 4 tender verib- ARAŞDIRMA

Dövlət Gömrük Komitəsi (DGK) Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı daha bir tenderə yekun vurub.

"DogruXeber.tv" xəbər verir ki, komitə bu dəfə patomorfoloji avadanlıqların və əlaqədar quraşdırılma işlərinin satın alınmasını həyata keçirib.

Məlumatda qeyd edilir ki, tendderin qalibi “ARASH MEDİCAL COMPANY” MMC olub. Tərəflər arasında isə 130 min 980 manatlıq müqavilə imzalanıb.

Tribuna.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma zamanı məlum olub ki, Dövlət Gömrük Komitəsi (DGK) Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı son bir ildə “Arash Medical Company” MMC-yə ddaha 3 tender verib. Belə ki, onlardan biri narkotestlərin satın alınması ilə bağlı olub. Həmin tenderin dəyəri 23 min 977 manat təşkil edib.

Digər tender isə fiber optik larinqoskop dəstlərinin satın alınması ilə bağlıdır. Bu zaman “Arash Medical Company” 9 min 996 manatlıq sifariş alıb.

21.07.2025-ci il tarixdə baş tutmuş müsabiqə isə kardioloji tibbi sərf materiallarının satın alınması ilə bağlı olub. Həmin anlaşmanın dəyəri isə 417 min 995 manat təşkil edib.

Qeyd edək ki, “Arash Medical Company” tenderlərdə aktiv iştirak edən şirkətlərdəndir. Açıq mənbələrdə qeyd edilir ki, “Arash Medical Company” QSC 22 iyun 2011-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 manatdır. Şirkətin qanuni təmsilçisi Məmmədov Kamran Abid oğludur. Onun barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur.

“Arash Medical Company” QSC 2019-cu ilədək MMC kimi fəaliyyət göstərib. Həmin ildə isə şirkətin təşkilati-hüquqi formasını dəyişib.

DGK bir ildə “Arash Medical Company”ə 4 tender verib- ARAŞDIRMA

“Arash Medical Company” QSC-nin himayədarı kimi iki keçmiş məmurun adı çəkilir. Bunlardan biri keçmiş spiker Oqtay Əsədov, digəri isə səhiyyə nazirinin keçmiş müavini Elsevər Ağayevdir. Bir başqa məlumatda isə qeyd edilir ki, şirkət keçmiş deputat Hadı Rəcəblinin yaxın qohumu, daha doğrusu, bacısı oğluna məxsudur.

“Arash Medical Company” QSC-nin Oqtay Əsədova bağlı olması 2015-ci ilədək şirkətə rəhbərlik etmiş Əsədov Cavid Bəxtiyar oğluna görədir. İddialara görə, Cavid Əsədov Oqtay Əsədovun qohumudur.

DGK bir ildə “Arash Medical Company”ə 4 tender verib- ARAŞDIRMA

Elsevər Ağayevə gəlincə, şirkət onun nazir müvini olduğu dövrlərdə Səhiyyə Nazirliyinin keçirdiyi tenderlərin əzəolunmaz qalibi kimi tanınıb. Bu isə şirkətin keçmiş nazir müavininə bağlı olması barədə iddialara səbəb olub.

Qarşı tərəfi də dinləməyə hazırıq.//Tribuna.az

Son xəbərlər

Bakıdakı metro stansiyalardan birində lift olacaq

Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi

Ötən gün 62 cinayətin üstü açılıb

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Türkiyədə binada yanğın: Ölənlər var

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Venesuelada şiddətli zəlzələ: binalar çökdü, 32 ölü - Video

“Brent” ucuzlaşdı

Növbəti köç karvanları yola salındı

Bütün xəbərlər