ƏƏSMN-in “sevimli şirkəti” daha bir tender uddu –ARAŞDIRMA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentiyi (DMA) daha bir tender keçirib.

"DogruXeber.tv" Tribunainfo.az - a istinadən xəbər verir ki, Agentlik özünə mebel və digər inventar malları satın alacaq.

Məlumatda qeyd edilir ki, DMA-nın tenderinin qalibi “DEKORİKO” QSC olub. Şirkətlə 26 min 101 manatlıq müqavilə imzalanıb.

Tribunainfo.az “Ddekoriko” şirkəti ilə bağlı açıq mənbələr üzərindən apardığı araşdırma zamanı maraqlı detalları üzə çıxarıb. Belə ki, sözügedən QSC indiyə qədər ƏƏSMN-dən kənar heç bir tenderə qatılmayıb. Yalnız onun tenderlərində iştirak edib və qalib olub. Məsələn, DOST Agentliyi bu ilin sentyabrında 142 çağırı mərkəzi üçün “Dekoriko”dan 22 min 890 manatlıq mebel alıb.
İki il öncə isə ƏƏSMN-in tabeliyindəki Dövlət Əmək Müfəttişliyi “sevimli” şirkətini keçirdiyi tenderin qalibi edib. Həmin vaxt inventarların satınalınması üçün 36 min 766 manat xərc çəkilib.

Bundan bir qədər əvvəl isə ƏƏSMN-in özü “Dekoriko” ilə mebel və inventarların satınalınması məsələsində anlaşma əldə edib. Bunun üçün isə tərəflər arasında 73 min 393 manatlıq müqavilə imzalanıb.

Araşdirma zamanı məlum olub ki, nizamnamə kapitalı 2 min manat olan “Dekoriko” QSC-nin hüquqi ünvanı Sabunçu rayonu, Balaxanı ŞTQ, Balaxanı-Binəqədi şossesi, ev 17a-də yerləşir. QSC-nin qanuni təmsilçisi isə Əmiraslanov Knyaz Bəxtiyar oğludur.

Maraqlıdır ki, tender prosesinə nəzarət edən qurumlar bu şirkətin tenderlərini araşdırmayıb. Ən azından “Dekoriko”nun yalnız ƏƏSMN-in tenderlərini udması kifayət qədər diqqət çəkən və araşdırılması vacib olan mövzulardandır.

Yazıda adı keçən qurum və tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər