DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək

Fevralın 27-də xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin xüsusi hazırlığının nəticələrinin qiymətləndirilməsi məqsədilə növbəti imtahan təşkil olunacaq.

Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, imtahanda iştirak etmək istəyən hazırlıq keçmiş şəxslər ilk növbədə Mərkəzin saytında “Şəxsi kabinet” yaratmalı (kabineti olmayanlar) və müvafiq olaraq aşağıdakı xidmətlər vasitəsilə qeydiyyatdan keçməlidirlər:

1. Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat fevralın 16-sı saat 18:00-dək davam edəcək.

2. Beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlığı və yenidən hazırlığının qiymətləndirməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat 16 fevral saat 18:00-dək aparılacaq.

İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün imtahan Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı), DİM-in Bərdə Regional Bölməsində (Bərdə ş.,H.Əliyev prospekti, 100) və Gəncə şəhər Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə, beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin imtahanı isə Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda keçiriləcək. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3-4 gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsi ilə çap edə biləcəklər.

İmtahanların davametmə müddəti 1 saatdır. İmtahan zamanı taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı, beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim ediləcək.

Oxunub: 207

Son xəbərlər

Ermənistanda hərbçi öldü

Tramp İrandakı YENİ HƏDƏFLƏRİ açıqladı: ‘Maksimum təzyiq”

Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək

Azərbaycandan xaricə turist axını artdı

Taksilər və sərnişinlər üçün qərar ÇIXDI: Gediş haqları BAHALAŞIR?

Litvanın Baş nazirinin Azərbaycana səfəri gözlənilir

Vətən müharibəsindən sonra 421 nəfər minaya düşüb - Hikmət Hacıyev

Kremlin Zəngəzur HAZIRLIĞI – Rusiyanı kim tətiklədi…

Nizami Kino Mərkəzinin divarına qrafit çəkənlər saxlanıldı

Səfərbərlik Xidmətinin 27 əməkdaşı CƏZALANDIRILDI

Dövlət Xidməti korrupsiya ilə mübarizəyə dair 2026-cı ilin I rübünü əks etdirən statistik məlumatları açıqlayıb

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun inşası dekabra qədər başa çatacaq

SON DƏQİQƏ! Polis məlumat yaydı: Azərbaycanda 45 nəfər tutulub

Ötən ay 3 nəfər zəhərlənərək ölüb

Rusiyanın itkiləri yeniləndi

Gəncədə avtomobil mağazaya çırpıldı

Rusiyada sərnişin qatarının 7 vaqonu relsdən çıxıb

Xarici valyutaların MƏZƏNNƏSİ

Qızıl və gümüş ucuzlaşır

Yeməklərinə peyin qataraq alpinistləri xəstələndiriblər - Everestdə 20 milyonluq fırıldaq

Tramp Baş prokuroru işdən çıxardı

Türkiyə millisinə yeni himn bəstələyəcək

BMT Azərbaycanın təşəbbüskarı olduğu qətnaməni qəbul etdi

İranın "şah əsəri" vuruldu

Maaş və pensiyalar artırıla BİLƏR

Tanınmış musiqiçi ağır qəzada VƏFAT ETDİ

Sabahdan bağça müəllimlərinin yerdəyişməsi başlayır

Rasim Balayevin yerinə yeni namizəd irəli sürüldü

"Üçtərəfli danışıqlar dayandırılıb" - Putinin köməkçisi

Dövlət sifarişi ilə oxuyan tələbələrdən ödəniş tələb edilə bilməz - RƏSMİ

Bütün xəbərlər