Neftçalanın şəhər mərkəzi zibilliyə çevrilib - Sakinlər üfunət qoxusundan şikayətlənir - FOTOLAR

Neftçala rayonunun mərkəzində, bazar ərazisində məişət tullantılarının yığılması ciddi narazılığa səbəb olub. Sakinlərin bildirdiyinə görə, ərazi artıq zibil poliqonunu xatırladır və ətrafda yayılan üfunət qoxusu gündəlik həyatı dözülməz hala gətirib.

"DogruXeber.tv" Bizimesr.aza istinadən bildirir ki, .şəhər mərkəzində yaranan bu antisanitar vəziyyət yalnız pis qoxu ilə məhdudlaşmır. Yerli sakinlər deyir ki, tullantıların vaxtında yığılmaması nəticəsində sahibsiz itlərin sayı artıb, bu isə həm təhlükəsizlik, həm də sanitariya baxımından əlavə risklər yaradır. Onların sözlərinə görə, mövcud vəziyyət müxtəlif xəstəliklərin yayılmasına da zəmin yaradır.

Məsələ burasındadır ki, Neftçala sakinləri məişət tullantılarının yığılması və daşınması üçün hər ay müvafiq ödənişlər edirlər. Lakin buna baxmayaraq, rayonun ən işlək və insanların sıx toplaşdığı bazar ərazisinin bu vəziyyətdə qalması ciddi suallar doğurur.

Sakinlər Neftçala Rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Mehti Miriyevə səslənərək bildirirlər: Rayonun mərkəzində yaranmış bu acınacaqlı mənzərədən qurum rəhbərliyinin xəbəri varmı?

Əgər varsa, bazar ərazisi niyə mütəmadi olaraq təmizlənmir? Əgər yoxdursa, o zaman aidiyyəti əməkdaşlar şəhərin mərkəzi bazar ərazisinə niyə nəzarət etmirlər?

Qeyd edək ki, sözügedən vəziyyətlə bağlı hələlik Neftçala Rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən rəsmi münasibət bildirilməyib.

Neftçalanın şəhər mərkəzi zibilliyə çevrilib - Sakinlər üfunət qoxusundan şikayətlənir - FOTOLAR

Neftçalanın şəhər mərkəzi zibilliyə çevrilib - Sakinlər üfunət qoxusundan şikayətlənir - FOTOLAR

Neftçalanın şəhər mərkəzi zibilliyə çevrilib - Sakinlər üfunət qoxusundan şikayətlənir - FOTOLAR

Neftçalanın şəhər mərkəzi zibilliyə çevrilib - Sakinlər üfunət qoxusundan şikayətlənir - FOTOLAR

Neftçalanın şəhər mərkəzi zibilliyə çevrilib - Sakinlər üfunət qoxusundan şikayətlənir - FOTOLAR

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər