Tarixi silib ədəbiyyatı boğan mədəniyyət dərsi... - Nazirliyin səssiz aparılan təhlükəli islahatı

DogruXeber.tv: - Ölkənin ümumtəhsil sistemində iki əsas fənnin – ədəbiyyat və tarixin birləşdirilərək “mədəniyyət” adlı yeni fənn kimi tədris olunmasına hazırlıq gedir. Bu proses nə ictimai müzakirə ilə müşayiət olunur, nə də cəmiyyətə açıq şəkildə izah edilib. “Mədəniyyət–2040” konsepsiyasına istinad edilsə də, bu istinadın təhsilə necə və hansı elmi əsaslarla tətbiq edildiyi qaranlıq qalır. Ən narahatedici məqam isə odur ki, bütün bunlar səssiz-səmirsiz həyata keçirilir.

Elmə yox, tələsik qərarlara söykənən yanaşma.

Dosent İlham Əhmədovun da vurğuladığı kimi, bu addımın hansı elmi araşdırmalara əsaslandığı bəlli deyil. Təhsil kimi strateji sahədə edilən dəyişikliklər illərlə aparılan analizlərə, pilot layihələrə və geniş müzakirələrə söykənməlidir. Burada isə nə akademik mühitin rəyi var, nə müəllimlərin, nə valideynlərin, nə də cəmiyyətin. Bu, islahat deyil, riskli eksperimentdir.

Ədəbiyyat və tarixi “əridərək” mədəniyyət yaratmaq olmaz.

Ədəbiyyat xalqın dili, düşüncəsi və mənəvi yaddaşıdır. Tarix isə millətin keçdiyi yol, yaşadığı faciələr və qazandığı dərslərdir. Bu iki fənn təkcə informasiya ötürmür, şəxsiyyət formalaşdırır. Onları bir fənn içində “əridib” ümumi mədəniyyət anlayışına çevirmək, mahiyyəti itirmək deməkdir. Mədəniyyət bu fənnlərin nəticəsidir, əvəzi yox.

Müəllim yoxdur, proqram yoxdur, dərslik yoxdur

Ən real və cavabsız sual budur: bu fənni kim tədris edəcək? Bu gün ölkədə nə “mədəniyyət” ixtisaslı müəllim var, nə də onları hazırlayan sistem. Müəllimlərin ixtisasartırma və təkmilləşdirmə mexanizmi faktiki olaraq işlək deyil. İllərdir mövcud fənnlər üzrə normal dərslik problemi həll olunmayıbsa, yeni və mürəkkəb bir fənn üçün dərslikləri kim, necə və hansı səviyyədə yazacaq?

Təhsilə daha bir zərbə riski

Elm və Təhsil Nazirliyi bu prosesi ciddi hazırlıq olmadan, tələsik və müzakirəsiz həyata keçirməklə təhsilə növbəti ağır zərbə vurmaq riski yaradır. Təhsil sistemi artıq illərdir plansız qərarların, yarımçıq islahatların və elmi əsasdan uzaq yanaşmaların nəticələrini yaşayır. Bu addım isə həmin səhvlərin davamı təsiri bağışlayır.

Alternativ var idi, amma seçilmədi.

Əgər məqsəd, doğrudan da, mədəniyyət anlayışını gücləndirmək idisə, bunun daha sağlam yolu var idi. Mədəniyyət ayrıca fənn kimi, seçmə və ya mərhələli şəkildə tədris oluna bilərdi. Bunun üçün ədəbiyyat və tarix kimi iki əsas fənni qurban verməyə ehtiyac yox idi. Bu seçim göstərir ki, problem ideyada yox, yanaşmadadır.

Düşünülməmiş islahat gələcək nəsli zədələyir

Elm, müzakirə və planlama olmadan aparılan hər təhsil islahatı gec-tez öz fəsadlarını verir. Bu cür addımlar şagirdin dünyagörüşünü daraldır, müəllimi çətin vəziyyətdə qoyur, cəmiyyətdə isə etimadsızlıq yaradır. Təhsil sınaq meydanı deyil. Burada atılan hər addım gələcək nəsillərin taleyinə birbaşa təsir edir. Bu səbəbdən belə qərarlar ya dərhal izah edilməli, ya da dayandırılmalıdır.

Sonda açıq demək lazımdır ki, burada Emin Əmrullayevin dərdi nə yeni fənndir, nə dərslikdir, nə də şagirdin və müəllimin taleyi. Məsələ sırf “Mədəniyyət–2040” konsepsiyasında guya iştirak görüntüsü yaratmaqdır. Lazım gəlsə, sabah riyaziyyatla həndəsəni, o biri gün fizika ilə kimyanı birləşdirib adına da “mədəniyyətə inteqrasiya olunmuş elmi düşüncə” kimi pafoslu nəsə qoyarlar. Məntiq, elmi əsas, nəticə heç kəsi maraqlandırmır. “Limçay limandra” – əsas odur, kağız üzərində dəyişiklik olsun, hesabatda rəngli qrafik çıxsın. Təhsilin keyfiyyəti, şagirdin nə öyrəndiyi, müəllimin necə dərs dediyi isə bu prosesdə ən axırıncı, hətta əhəmiyyətsiz məsələdir.//Yenicag.az

Son xəbərlər

Ukrayna zərbələri Rusiyada məhkəmə predmetinə çevrilir

Göygöldə mikroavtobus aşdı, yaralılar var

Azərbaycanda vəzifəli şəxs vəfat etdi

İki qatar toqquşdu: 89 nəfər yaralandı, ölən var - Yeniləndi

NATO Baş katibi iyunun 24-də Trampla Ağ evdə görüşəcək

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Bütün xəbərlər