gundem / dunya
20.02.2026
"Sülhə daha böyük inamla qayıdıram" - Paşinyan
Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqtondan Ermənistana qayıdarkən paylaşım edib.
"DogruXeber.tv" erməni KİV-ə istinadən xəbər verir ki, Baş nazir sülhə daha böyük inamla qayıtdığını açıqlayıb.
"Ermənistan üçün darıxırdım. Sülhə daha böyük inamla qayıdıram", - deyə o qeyd edib.
Xatırladaq ki, Nikol Paşinyan ABŞ prezidenti Donald Trampın dəvəti ilə Sülh Şurasının ilk iclasında iştirak etmək üçün fevralın 18-də Vaşinqtona işgüzar səfərə gedib.


