Pakistan Hörmüz boğazında bunu edən ilk ölkə oldu

Pakistan Hərbi Dəniz Qüvvələri müharibə riskinin artdığı Hörmüz boğazında mühüm addım atıb. Donanma neft və digər kommersiya yükləri daşıyan gəmilərin təhlükəsiz keçidini təmin edərək onları müşayiət edib və belə bir təhlükəsizlik əməliyyatını həyata keçirən ilk donanma kimi qeyd olunub.

"DogruXeber.tv"nin məlumatına görə Hörmüz boğazından gündəlik orta hesabla təxminən 15 milyon barel xam neft və 5 milyon barel neft məhsulu daşınır. Pakistan donanması bu marşrutdan keçən aviadaşıyıcı və təchizat gəmilərini müşayiət edərək neft daxil olmaqla bütün yüklərin təhlükəsizliyini təmin edib.

ABŞ və İsrailin İrana qarşı başladığı hücumlar və Tehranın cavab zərbələri qlobal neft ticarətinin ən mühüm nöqtələrindən biri sayılan Hörmüz boğazında gəmi hərəkətinə ciddi təsir göstərib. Sığorta şirkətləri bölgədən keçən gəmilər üçün müharibə risklərini əhatə edən sığortaları ləğv edərkən, bir çox tanker və konteyner şirkətləri boğazdan keçidi müvəqqəti dayandırıb.

"United Kingdom Maritime Trade Operations" qurumunun məlumatına görə, normal dövrdə Hörmüz boğazından gündə orta hesabla 138 ticarət gəmisi keçirdi. Lakin SEPAH-ın xüsusilə ABŞ və İsraillə əlaqəli gəmilərə hücumlarından sonra bu rəqəmdə ciddi azalma qeydə alınıb.

Artan təhlükəsizlik riskləri fonunda Pakistan donanması aviadaşıyıcı və təchizat gəmilərini təhlükəsiz şəkildə müşayiət edərək onları boğazdan Pakistan istiqamətinə aparıb. Beləliklə, bölgədə yaranmış riskli şəraitdə bu tip təhlükəsizlik əməliyyatını həyata keçirən ilk donanma olub.

Qeyd edək ki, Fars körfəzinin çıxışında yerləşən Hörmüz boğazı Yaxın Şərq neftinin dünya bazarlarına çıxışı üçün ən mühüm nöqtə sayılır. Ötən ilin göstəricilərinə görə bu marşrut vasitəsilə hər gün orta hesabla 20 milyon barel xam neft və yanacaq məhsulları daşınıb. Bu rəqəm qlobal neft tələbatının təxminən 20 faizinə bərabərdir.

Enerji sahəsi üzrə fəaliyyət göstərən ekspert qeyd edir ki, boğazda hərəkətin uzun müddət dayanması tarixin ən böyük təchizat şokuna yol açacaq. Müqayisə üçün bildirmək lazımdır ki, 1973-cü ildə baş verən məşhur neft embarqosu zamanı bazardan cəmi 4,3 milyon barel neft kəsilmişdi. Həmin vaxt bu həcm dünya tələbatının 7,4 faizini təşkil etsə də böyük böhrana səbəb olmuşdu.

Tarixi faktlar göstərir ki, enerji təhlükəsizliyi ilə bağlı əvvəlki gərginliklər Hörmüz riskindən qat-qat aşağı olub. 1979-cu ildə İran İslam İnqilabı dövründə 5,6 milyon barel, İran–İraq müharibəsində isə 4,1 milyon barel neft itkisi yaşanıb. 1990-cı ildə İraqın Küveytə hücumu zamanı da bənzər rəqəmlər qeydə alınıb.

Hətta 1956-cı il Süveyş böhranı zamanı dayanan 2 milyon barellik tədarük belə dünya bazarlarını ləngidə bilmişdi. Hazırda Hörmüz boğazı ətrafında yaranan istənilən ciddi maneə bu tarixi hadisələrin hamısını kölgədə qoyacaq gücdədir. Mümkün böhranın miqyası qlobal enerji qiymətlərinin kəskin artması və tədarük zəncirinin qırılması deməkdir.

Son xəbərlər

Küveyt İrana xəbərdarlıq etdi

Saakaşvilidən müharibə xəbərdarlığı: Bakı buna icazə verməyəcək

Prezident İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək

Bakıda evdən 6 min dollar oğurlayan usta saxlanıldı

Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Prezident Qurban Qurbanovu təltif etdi

Qubanın 3 kəndinin adı dəyişdirildi

Yaşla əlaqəli beyin iltihabının müalicəsi tapıldı

Nyu-Cersidə miqrant mərkəzi ətrafında məhdudiyyətlər genişləndirilib

Peykdən birbaşa telefona internet – ölkə texnologiyada yeni mərhələyə keçdi

Bu marşrutun bütün avtobusları yenilənir

Myanmanın şimal-şərqində partlayıcı maddə anbarında partlayış nəticəsində onlarla insan həlak olub

Maşın alıb-satanlara bazardan SON XƏBƏR

Azərbaycan üzərindən daha bir ticarət yolu – Rusiya milyardlar itirəcək

"Makedon" vəfat etdi

Yol Polisindən müraciət

Yaxın vaxtlarda Bakı ilə bu işlərə başlayacağıq - Paşinyan

Netanyahu şirkət rəhbərini milli təhlükəsizlik müşaviri təyin etdi

“Hizbullah” İsrail ərazisinə 20-dən çox raket atdı

Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır

Sabahdan gömrük bağlamalarını bəyan etməyin qaydası dəyişir

Pezeşkian İrandakı son durumdan danışdı

Azərbaycan cüdoçuları Avropa Kubokunun son günündə dörd medal qazanıblar

Tramp İrana daha sərt şərtlər irəli sürdü

KİV: Xərçəng əleyhinə vaksinin sınaqları görünməmiş nəticələr göstərib

Əlcəzair Azərbaycanla strateji enerji əməkdaşlığı müqaviləsini ratifikasiya edib

Bu halları görsəniz, demək ki, telefonunuz izlənilir

Ayın 31-də yağış intensivləşəcək, dolu düşəcək - PROQNOZ

№1 Çörək Zavodunun şirniyyatlarını kif basıb – İstifadə müddətinə aldanmayın

Bütün xəbərlər