Sumqayıtda Aprel şəhidlərinin xatirəsi anıldı - Fotolar

Sumqayıt şəhərində Aprel döyüşləri şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

DogruXeber.tv” xəbər verir ki, tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Anım mərasimi çərçivəsində iştirakçılar Sumqayıt Şəhidlər xiyabanını ziyarət edib, Qalib əsgər abidəsinin önünə gül dəstələri düzüblər. Daha sonra Vətən uğrunda canlarından keçmiş qəhrəman övladlarımızın məzarları ziyarət olunaraq üzərlərinə tər çiçəklər qoyulub, əziz xatirələri dərin ehtiramla yad edilib.

Tədbir zamanı çıxış edən Zakir Fərəcov Aprel döyüşlərinin Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində mühüm yer tutduğunu bildirib. Qeyd olunub ki, 2016-cı ilin aprel ayında düşmənin növbəti təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatları nəticəsində strateji əhəmiyyətli yüksəkliklər azad edilib, ordumuzun gücü və xalqımızın döyüş ruhu bütün dünyaya nümayiş etdirilib.

Vurğulanıb ki, Aprel döyüşlərində qazanılan uğurlar sonrakı dövrdə əldə edilən möhtəşəm Zəfərin əsasını təşkil edib. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad edib, ölkəmizin ərazi bütövlüyü bərpa olunub.

Çıxışlarda Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş hərbi qulluqçularımızın igidliyi, göstərdikləri şücaət nümunələrinin gənc nəsil üçün örnək olduğu qeyd edilib, onların xatirəsinin daim uca tutulacağı bildirilib.

Şəhid ailələri ilə səmimi söhbət aparılıb, onların qayğıları ilə yaxından maraqlanılıb.

Sumqayıtda Aprel şəhidlərinin xatirəsi anıldı - Fotolar

Sumqayıtda Aprel şəhidlərinin xatirəsi anıldı - Fotolar

Sumqayıtda Aprel şəhidlərinin xatirəsi anıldı - Fotolar

Sumqayıtda Aprel şəhidlərinin xatirəsi anıldı - Fotolar

Sumqayıtda Aprel şəhidlərinin xatirəsi anıldı - Fotolar

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər