gundem / siyaset
7.04.2026, 15:30
Azərbaycanda vəzifəli şəxs İSTEFA VERDİ
Azərbaycan Mərkəzi Bankının (AMB) Satınalmalar departamentinin rəhbəri Ayaz Nağıyev vəzifəsini tərk edib.
DogruXeber.tv “report.az”a istinadla xəbər verir ki, onun yerinə hələlik təyinat olmayıb.
A.Nağıyev 2024-cü ildə bu vəzifəyə təyin edilmişdi.
O, bundan əvvəl “Azərsun Holdinq” MMC, “Central National Gottesman Inc”, “PAŞA Bank” ASC-də Satınalma üzrə rəhbər vəzifələrdə fəaliyyət göstərib, bu sahədə 10 ildən çox təcrübəyə malikdir.



