gundem / siyaset
10.04.2026, 11:30
Erməni mediasından Bakıya HƏYASIZ ittiham
Erməni mediası Heqt yazır ki, 2021-2023-cü illərdə 44 günlük müharibədən sonra Azərbaycan “davamlı hücumlar yolu ilə” Zəngəzur bölgəsindəki mühüm strateji yüksəklikləri və əraziləri “işğal edib”.
DogruXeber.tv bildirir ki, erməni mediası həyasızcasına Azərbaycanı işğalçılıqda ittiham edir. Sayt yazır ki, Paşinyanın bu bölgələrdə hakimiyyəti dövründə düşmən təxminən 130 kvadrat kilometr ərazi nəzarətə götürülüb.
“Birincisi, daha dəqiq desək, Vayots Dzor və Sünikin sərhədindən İşxanasara və Sevan gölünə qədər Sünik yaylasındadır. İkincisi, Teğ kəndinin bir hissəsi, üçüncüsü isə Tsav-Nerkin Hand istiqamətidir”, – deyə erməni mediası iddia edib. Halbuki sərhəd şərtidir, delimitasiya olunmayıb və Ermənistan Azərbaycanın nəzarət etdiyi strateji yüksəkliklərin ona aid olduğunu iddia edə bilməz.//tribuna.az



