gundem / hadise
13.05.2026
Profilaktik tədbirlər nəticə verir..
Mayın 12-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 3 avtomat silahı, 1 tapança, 7 tüfəng, 16 partlayıcı, 23 mərmi, 3 patron darağı və 43 ədəd patron aşkar edərək götürüblər.
DogruXeber.tv xəbər verir ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.



