gundem / idman
25.05.2026
"Şamaxı"nın əsas qol silahı komandadan getdi - RƏSMİ
"Şamaxı" futbolçusu Kərim Rossi ilə yollarını ayırıb.
DogruXeber.tv xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Belə ki, futbolçu ilə nəzərdə tutulan müqavilə müddəti başa çatıb.
Qeyd edək ki, ötən ilin yayından bölgə təmsilçisinin heyətinə qatdığı təcrübəli hücumçu, "Şamaxı"da çıxış etdiyi müddət ərzində 35 oyunda 13 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.



