Ağstafada  Səməd Vurğunun 120 illik yubileyi qeyd olunub

DogruXeber.tv xəbər verir ki, Yubiley tədbiri Heydər Əliyev Mərkəzində Ağstafa Rayon İcra Hakimiyyəti və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Əvvəlcə Dövlət Himnimiz səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, Xalq şairinin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirələrinə bir dəqiqəlik sükut elan olunaraq ehtiramla yad olunub.

Tədbirin aparıcısı Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri, şair, əməkdar incəsənət xadimi Barat Vüsal yubiley gecəsini açıq elan edərək hər kəsi ilk öncə Səməd Vurğunun həyat və yaradıcılığından bəhs edən video-çarxa tamaşa etməyə dəvət edib.

Seymur Orucov çıxış edərək qeyd edib ki, hər kəsə yaxşı məlumdur ki, Ümumilli Lider Heydər Əliyev Səməd Vurğun dühasına dövlətçilik səviyyəsinə hər zaman ən ali dəyəri vermişdir. Ulu Öndərin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyevin Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında 26 fevral 2026-cı il tarixli Sərəncamı sənətkarın ruhuna ehtiramın, xalqın mənəvi mirasına, mədəni irsinə sadiqliyin təcəssümüdür. Bu il böyük ustadın 120 illik yubileyi münasibətilə Azərbaycanda silsilə ədəbi-bədii tədbirlər, elmi konfranslar və xatirə gecələri keçirilir. Azərbaycanın ədəbi fikir salnaməsində yeni parlaq mərhələ başladan Səməd Vurğunun əvəzsiz zəngin bədii irsi bu gün də yaşayır və gənc nəslin milli-mənəvi dəyərlərə, Vətənə sədaqət ruhunda yetişməsində müstəsna rol oynayır.

Digər çıxış edənlər, Bakı Dövlət Universitetinin Qazax filialının professoru Hüseyn Xəlilov, “Hüseyn Arif ədəbi məclisi”nin sədri, şair Saqif Qaratorpaq, Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsində ədəbi məsləhətçi Mustafa Rasimoğlu, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, şairlər, Arif Musazadə, Gülsənəm Cəlilli və Tamella Poladlı şairin çoxşaxəli həyat və yaradıcılığından, zəngin ədəbi irsindən geniş söz açıblar.

Mədəniyyət və incəsənət nümayəndələrinin təqdimatında Xalq şairinin şeirləri və sözlərinə həsr olunmuş musiqi əsərləri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Qazax Dövlət Dram Teatrının aktyoru, əməkdar artist Hacı Hacıyev və gənc aktrisa Məlahət Məsud “Şair, nə tez qocaldın sən?” şeirinə həsr olunmuş ədəbi kompozisiyanı nümayiş etdiriblər. Ağstafalı müğənnilər, Ramal Balacanov “Yadıma düşdü”, Gültəkin Hüseynova “Oxu gözəl” mahnılarını ifa ediblər, saz havalarının sədaları ilə aşıq Samir Cəlaloğlu “Azərbaycan” və aşıq İradə “Dağlar”, gənc aktrisa Məlahət Məsud “Ana və körpə”, “Yada sal məni”, gənc şair Rüfət Axundlu “Ananın öyüdü” şeirlərini səsləndiriblər.
Ağstafada  Səməd Vurğunun 120 illik yubileyi qeyd olunub
Ağstafada  Səməd Vurğunun 120 illik yubileyi qeyd olunub
Ağstafada  Səməd Vurğunun 120 illik yubileyi qeyd olunub
Ağstafada  Səməd Vurğunun 120 illik yubileyi qeyd olunub
Ağstafada  Səməd Vurğunun 120 illik yubileyi qeyd olunub

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər