Sahil Babayevin tabeçiliyində olan qurum  qanunsuz tikintiyə imza atdı

dogruxeber.tv: - Artıq bir neçə ildir ki, Bakı şəhərində, həmçinin ölkənin digər bölgələrində biznes məqsədilə tikilən ictimai iaşə obyektləri, yaşayış binaları və digər biznes məqsədli tikintilər bizim "ağ ciyərlərimiz"ə qənim kəsiliblər.

Belə ki, sözügedən obyektin inşası üçün sahibkarın "gözaltı etdiyi" ərazidə nə qədər yaşıllıq ağacları var,onlar üçün fərq etmir. Əldə etmək istədikləri ərazini tam sərbəst, maneəsiz şəkildə əldə edirlər də.

Təbii ki, bu işdə onlar tək olmurlar. Əksər zamanlar İcra Hakimiyyətləri, hətta bəzən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazi üzrə nümayəndəliyi onlarla əlbir olurlar.

İcra Hakimiyyətlərinin icazəsi olmadan camaatın heç öz şəxsi həyətində tikinti apara bilmədiyini hamımız bilirik. Amma nədənsə qanunsuz tikintilərlə bağlı aidiyyəti üzrə İcra Hakimiyyətlərinə sual ünvanladıqda çox zaman: "Bu barədə məlumatsızıq. Araşdırıb cavab verərik",-deyə şablon cümlə ilə sözün əsl mənasında "yola verməyə" çalışırlar.

Məsələn, ötən yayımlarımızdan birində İmişli rayonunda aparılan qanunsuz tikintidə evinə bitişik tikinti obyektinin aparılmasından narazı olan Yalavaclı kənd sakini Saray Şirinovanın redaksiyamıza bildirdiyinə görə, İcra Hakimiyyətinə müraciət etdiyi zaman "xəbərimiz yoxdur",-deyə bildiriblər. Saray Şirinovanın müraciəti əsasında sözügedən ünvanda olub, mövcud duruma yerində baxış keçirən İmişli rayon İcra Hakimiyyətində Mеmarlıq və tikinti şöbəsinin müdiri Nazim Rəsulov mövcud vəziyyəti gördükdə özü də: - "Doğrudan,bu qanunsuzdur ee",- deyə "təəccüb" ifadəsi nümayiş etdirib. Ardından isə Saray Şirinovaya "dilbədil" tapşırıb ki, "Başçı soruşsa,denən Nazim müəllim də gəlib baxmışdı, o da demişdi ki, qanunsuzdur. Daha demə Nazim müəllim dünən gəlmişdi. Məni pərt eləmə".

Nazim müəllimin artıq "dogruxeber.tv" informasiya agentliyi tərəfindən ictimailəşdirilmiş məsələyə bu cür tikinti bitmək üzrə olduğunda təəccüblənməsi nəinki bizə, nəinki sizə, eyni zamanda şikayətçi Saray Şirinovaya da qətiyyən təəccüblü görünmədi.

Çünki, bu "xüsusi tapşırıq"dan sonra artıq Nazim Rəsulovun sözügedən tikinti obyektindən "həqiqətən xəbərsiz olduğu gerçəyi" gün kimi aydındır. Üstəlik də Saray xanım bildirir ki, "Nazim müəllim israrla mənə deyir ki, sən İcra Hakimiyyətinə getmə, sən dayanmadan Fövqəladə Hallar Nazirliyinə müraciət elə, qoy gəlib sökdürsünlər. İcra ona neyləyəndi?!".

Bunun da nə demək olduğuna tikintini aparan Sahib adlı sahibkar yəqin ki, özü qərar verəcək. Çünki, onların arasında olan danışıqdan biz bixəbərik.

Əlqərəz...

Əslində söhbəti bu qədər uzatmağımızın və istər qanuni, istərsə də qanunsuz tikintinin aparılmasında cavabdeh olan dövlət idarələrinin adlarını xatırlatmaqda məqsədimiz oxşar, daha doğrusu demək olar ki, eyni durumla Bakı şəhər Binəqədi rayon, 6-cı mikrorayon, Mirmahmud Kazımovski 134 ünvanında, Dövlət Tibbi-sosial ekspertiza və reabilitasiya agentliyinin həyətində qarşılaşmağımızdır.

Hansı ki, "dogruxeber.tv" informasiya agentliyinə yuxarıda qeyd etdiyimiz ünvanda xeyli sayda çoxillik şam ağaclarının kəsilərək, yerində obyekt tikintisinin aparılması barəsində məlumat daxil olmuşdur. Eyni zamanda məlumatlarda iddia olunur ki, bu tikinti Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin göstərişi ilə həyata keçirilir.

Məlumatın dəqiqləşdirilməsi və haqqında qanuni tədbir görülməsi üçün ilk olaraq, agentliyimiz tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəsmi sorğu göndərildi.

Nazirliyin ərazi üzrə nümayəndəliyi sözügedən ünvanda olmuş, məsələni yerində araşdırmış və nəticəsi barəsində redaksiyamıza məlumat ünvanlamışdır.

Məlumatı olduğu kimi təqdim edirik:

"Binəqədi rayonu, 6-cı mikrorayon, Mirmahmud Kazımovski küçəsi 134 ünvanındakı Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ərazisində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılmış və fakt təsdiqini tapmışdır.

Aparılan araşdırma zamanı sözügedən ünvanda tikinti işləri aparılan zaman 5 ağacın kəsildiyi və təbiətə 3480 manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdir.

"Dəymiş ziyan məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır".

Yuxarıda da qeyd etdiyimiz kimi, istər qanuni, istərsə də qanunsuz aparılan heç bir tikinti işlərinin İcra Hakimiyyətinin xəbəri və icazəsi olmadan həyata keçirilmədiyi hər kəsə məlumdur. Amma nə hikmətsə, gördüyünüz kimi Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin də qanunsuz olduğunu təsdiq etdiyi tikinti obyektini Binəqədi rayon İcra Hakimiyyəti də ya görməyib, ya da görməzdən gəlib.

Sahil Babayevin, həmçinin Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin ekologiyamız ilə, eyni zamanda məhv edilən yaşıllıqlara yaxın ərazidə yaşayan sakinlərlə qərəzini, yaxud yaşıllıqların məhv edilməsinin qanunsuz olduğundan "xəbərsiz" olmasını da anlamaq çətindir.

Onu da bildiririk ki, bu Binəqədi rayonu ərazisində rast gəlinən yeganə qanunsuzluq halı deyil. Bu və buna bənzər qanunsuzluq faktları Binəqədi və Nəsimi rayonları ərazisində kifayət qədərdir, lakin kimsəyə məlum olmayan səbəblərə görə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, həmçinin Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev nəinki qarşısının alınması üçün tədbirlər görmür, heç ümumiyyətlə reaksiya vermirlər.

Yeri gəlmişkən, onu da qeyd edək ki, sözügedən ərazidə aparılan tikinti ilə bağlı redaksiyamız tərəfindən digər aidiyyəti üzrə qurumlara göndərilməsi üçün soğular hazırlanır.

Qarşıdakı günlərdə agentliyimizdə digər aidiyyəti qurumların məsələyə münasibəti, eyni zamanda Binəqədi və Nəsimi rayonları ərazisində aparılan bütün qanunsuz tikintilər, məhv edilən yaşıllıqlar barəsində cəmiyyətdən gizlədilmiş məlumatlar dərc ediləcəkdir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

dogruxeber.tv

Oxunub: 2 011

Son xəbərlər

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bərdədə 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

"Prezident Kuboku 2026" beynəlxalq reqatasına bu gün Mingəçevirdə yekun vurulacaq

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq

Azərbaycanın sənaye müəssisəsinin mənfəəti 5 dəfə azalıb

ABŞ Avropada qoşun sayını azaldır - Tramp açıqladı

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Bütün xəbərlər