Oğlunu bacısıgilə göndərib sevgilisi ilə görüşən qadın öldürüldü – TƏFƏRRÜAT











Daşkəsən rayonunda baş vermiş qətl hadisəsi ilə bağlı bəzi təfərrüatı məlum olub.
Əhmədli kəndində qətlə yetirilən eyniadlı kəndin 1975-ci il təvəllüdlü sakini Abbasova Mahizər Məhəmməd qızı əvvəllər bir dəfə ailəli olub və evlilikdən bir qızı və bir oğlu var.

Qadının qızı ərdədir və bir uşaq anasıdır. Oğlu isə 15 yaşındadır və hazırda Əhmədli kənd orta məktəbində oxuyur.

M.Abbasova rayonun 1978-ci il təvəllüdlü Çanaqçı kənd sakini Qorxmaz Bağırova görə öz ərindən boşanıb və illərdir özündən 3 yaş böyük olan Q.Bağırovla vətəndaş nikahında yaşayır. Eyni zamanda, Q.Bağırovun Çanaqçı kəndində rəsmi ailəsi və övladları var. Lakin məlumata görə isə, artıq o da, həyat yoldaşından boşanıb.Kənd sakinlərinin verdiyi məlumata görə, qadının meyitini oğlu aşkar edib. Həmin gecə oğlu qonşuluqda olan bacısıgildə olub. Qadın oğluna həmin gün evə gəlməyəcəyini və tək qorxmaması üçün bacısıgilə getməsini istəyib. Səhər uşaq öz evlərinə qayıdanda anasını ölmüş vəziyyətdə görüb. Baş nahiyəsindən küt alətlə qətlə yetirilmiş qadının əvvəllər kiminləsə bir münasibətinin olmadığı bildirilir.

Hazırda hüquq-mühafizə orqanları hadisəni törətməkdə şübhəli bilinən Q.Bağırovun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.

Çanaqçı kənd sakinləri bildiriblər ki, 1978-ci il təvəllüdlü Bağırov Qorxmaz Şamil oğlu sürücülüklə məşğuldur.

Özünə məxsus “ZİL” markalı avtomobillə yük daşıyaraq dolanır. Ailəsi və 15-16 yaşlı bir qızı və bir oğlu var. Təxminən bir ay əvvəl həyat yoldaşı məhkəmə yolu ilə ondan boşanıb. Buna kişinin başqa qadınla vətəndaş nikahında yaşaması, eyni zamanda öz xalası qızı üçün 3500 manat məbləğində kredit götürməsi və həmin krediti xalası qızının yox, məhz Q.Bağırovun öz uşaqlarının boğazından kəsərək ödəməsi səbəb olub.

Bildirilir ki, o, xalası qızı adına olan krediti qeyri-rəsmi yaşadığı qadına görə götürüb. Q.Bağırovun 2017-ci ilin yanvar ayında sərxoş vəziyyətdə ictimai qaydanı pozduğuna görə 15 gün həbsdə olduğu da deyilir.

Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda 120.1 (“Qəsdən adam öldürmə”) maddəsi ilə cinayət işi açılıb, istintaq gedir./Report

@dogruxeber.tv

Son xəbərlər

"Bəzi dairələr ölkəmizin imicinə zərbə vurmaq üçün təxribatçı informasiyalar yayırlar" - Deputat

Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

“Real Madrid” onunla maraqlanır

Ukrayna daha bir kəndi itirdi

Bu ölkə tamamilə işıqsız qaldı

Adil Kərimli Türkmənistan Prezidenti ilə görüşdü

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Mətanətdən Vüqar Muradova ağır sözlər

Qazın qiyməti UCUZLAŞDI

Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

Bütün xəbərlər