Dneprdə Xocalı soyqırımı ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlanıb













Ukraynanın Dnepr şəhərində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı tədbir keçirilib.




Tədbirdə Xocalı soyqırımının günahkarlarının cəzalandırılması üçün beynəlxalq təşkilatlara müraciət qəbul olunub.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dneprpetrovski vilayəti təşkilatının təşkil etdiyi tədbirdə Dneprpetrovski Vilayət Admnistrasiyasinın nümayəndələri, ali təhsil ocaqlarının rektorları, elm və mədəniyyət xadimləri, diaspor və kütləvi informasiya vasitələri nümayəndələri iştirak edib.

Xocalı hadisəsinin XX əsrin ən dəhşətli soyqırım aktı olduğunu deyən BUAK-nin Dneprpetrovski vilayəti təşkilatının sədri Qüdrət Hacıyev çıxışında bu faciənin dünya dövlətlərində tanıdılmasında diasporun üzərinə böyük vəzifə düşdüyünü qeyd edib. Onun sözlərinə görə, Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu xalqımıza qarşı apardıqları soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi.

BUAK-nin Dneprpetrovski vilayəti təşkilatının sədr müavini Nəcəf Əhmədov çıxışında bildirib ki, Xocalı soyqırımı öz amansızlığına və qəddarlığına görə bəşəriyyətə və insanlığa qarşı törədilən cinayət idi.

O qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə elan edilən "Xocalıya ədalət!” kampaniyasının səmərəsi ildən-ilə artır. Bu kampaniya çərçivəsində keçirilən tədbirlərin məqsədi Xocalıdakı cinayətə hüquqi-siyasi qiymətin verilməsinə, bütün dünyanın Xocalı soyqırımını tanımasına nail olmaqdır./AZƏRTAC

@dogruxeber.tv

Dneprdə Xocalı soyqırımı ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlanıb


Dneprdə Xocalı soyqırımı ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlanıb


Dneprdə Xocalı soyqırımı ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlanıb

Son xəbərlər

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Körpüdə uşaqları daşıyan avtobus SUV ilə toqquşub - Bu ölkədə

Kartla ödəniş edənlərin NƏZƏRİNƏ!

Mehriban Abasquliyeva sabiq məhkəmə sədrinin bacısı imiş

Rusiyadan Ermənistana səsverməyə gələnlər saxlanılır

Azərbaycanda bu şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq

BAŞLANDI! Rusiya şəhərləri, Krım, gəmilər, zenit-raketlər, dəmiryolları BOMBALANIR

“Qarabağ” 1 milyona qapıçı alır

Bütün xəbərlər