hadise
2.03.2018, 09:13
Respublika Narkoloji Mərkəzində yanğın məhdudlaşdırılıb

Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində yanğınsöndürmə işləri davam edir.
dogruxeber.tv-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, saat 08:18-də yanğın məhdudlaşdırılıb. Yanğının yayılma təhlükəsi yoxdur. Əlavə məlumat veriləcək.
Qeyd edək ki, Respublika Narkoloji Dispanserinin yanan 2-ci korpusundan 1 nəfərin meyiti çıxarılıb, 30-dan artıq pasiyent təxliyə olunub. Yanğın zamanı xəsarət almış şəxslərdən üçü xəstəxanalara yerləşdirilib.
@dogruxeber.tv
Şikayətiniz varsa Whatsapp 070 289 62 69


