hadise
3.03.2018
Narkoloji Mərkəzdə həlak olanlardan 9-nun meyiti ailələrinə təhvil verilib

Fevralın 2-də Respublika Narkoloji Mərkəzində yanğın zamanı həlak olmuş 25 nəfərdən 9-nun meyiti ailələrinə təhvil verilib.
dogruxeber.tv"Report"a istinadən bildirir ki, ölənlərin ailə üzvləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomoiya Birliyinə gələrək meyitlərə baxış keçirdikdən sonra mümkün olub.
Nəticədə yalnız 9 nəfərə aid meyit yaxınları tərəfindən tanınıb və hüquq-mühafizə orqanlarının apardığı müvafiq ekspertiza prosedurundan sonra onların cənazəsi qohumlarına verilib.
Kimliyi bilinən 9 meyitin ad və soyadı hələ ki, açıqlanmır.
Hazırda digər 16 meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi məqsədi ilə ekspertiza işləri aparılır.
@dogruxeber.tv
Şikayətiniz varsa Whatsapp 070 289 62 69


