11 yaşlı azərbaycanlı qızın deportasiyası Almaniyanı qarışdırdı





Bavariya torpağının Hautsenberq şəhərindəki idman məktəbinin şagirdləri səkkiz ildir ki ailəsi ilə Almaniyada yaşayan 11 yaşlı azərbaycanlı qız Zərnişanın deportasiya olunmasına qarşı etiraz aksiyası təşkil ediblər.

Virtualaz.org “Passauer Neue press” alman nəşrinə istinadən xəbər verir ki, ailəsi ilə birlikdə qızcığazı bir dəfə deportasiya etməyə cəhd olunub. Milad ərəfəsində Almaniya polisi Zərnişanı, onun valideynlərini və üç kiçik qardaşını Kellberqdəki mənzillərindən götürərək, Azərbaycana deportasiya üçün aparıblar. Lakin o vaxt azərbaycanlı ailəni vətəninə yola salmaq mümkün olmayıb – polis təyyarəyə gecikib.

Azərbaycanlı qızın taleyi bir neçə ay ərzində onun təhsil aldığı idman məktəbinin bütün siniflərində müzakirə obyekti olub. Bu barədə mənbəyə məktəbin direktoru Hans Simmerl danışıb.

“Heç birimiz anlamırıq ki, burada səkkiz il yaşayan, alman dilində gözəl danışan və cəmiyyətimizə tamamilə inteqrasiya olunmuş bir adamı necə deportasiya etmək olar. Zərnişan məktəbdə hamıdan yaxşı oxuyur, onun gələcəkdə əmək bazarında gözəl perspektivləri var”, – Hans Simmerl deyirMüəllimləri və valideynləri ilə birlikdə idman məktəbinin yüzlərlə şagirdi tədris müəssisəsinin həyətində Zərnişanın deportasiyasına qarşı etiraz aksiyası keçiriblər. Uşaqlar və böyüklər həyətə əllərində azərbaycanlıları dəstəkləyən şüarlarla çıxıblar: “Zərnişan, burada sən evindəsən!”, “Biz səninləyik!”, “Sən bizə lazımsan”.

“Zərnişan bizim uşaqlardan biridir. Nəyə görə ona Almaniyada qalmaq olmaz?” – müəllimə Silviya Uolter bildirir.

Onun sözlərinə görə, nə özü, nə də şagirdləri anlamırlar ki, alman cəmiyyətinə tamamilə inteqrasiya olunmuş bir ailə niyə deportasiya edilməlidir. Həm də o halda ki. qızcığazın qardaşı və bacısı burada – Almaniyada dünyaya gəliblər.

“Zərnişan almanca əla bilir, nümunəvi şagirddir və əl atdığı bütün işlərdə yaxşı nəticələrə nail olur. Bu qızın gözəl gələcəyi var”, – Silviya Uolter əminliklə deyir.

@dogruxeber.tv.

11 yaşlı azərbaycanlı qızın deportasiyası Almaniyanı qarışdırdı

Son xəbərlər

"Bəzi dairələr ölkəmizin imicinə zərbə vurmaq üçün təxribatçı informasiyalar yayırlar" - Deputat

Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

“Real Madrid” onunla maraqlanır

Ukrayna daha bir kəndi itirdi

Bu ölkə tamamilə işıqsız qaldı

Adil Kərimli Türkmənistan Prezidenti ilə görüşdü

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Mətanətdən Vüqar Muradova ağır sözlər

Qazın qiyməti UCUZLAŞDI

Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

Bütün xəbərlər