Hafiz Hacıyev Jirinovski ilə görüşündən DANIŞDI: – “Hər şeyi açıb danışa bilmərəm”




“Vladimir Jirinovski ilə görüşməyimlə bağlı səsləndirilən fikirlərlə razıyam”.

Bunu Modern.az saytına Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. O, Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski, o cümlədən digər siyasi liderlərlə açıq və gizli şəkildə görüşlərinin olduğunu bildirib:

“Mən siyasətçiyəm. Siyasi dairələrdə olan bütün insanlarla həmişə görüşürəm. Təbii, Vladimir Jirinovski ilə də müəyyən işlərimiz olub. Amma hər şeyi aça bilmərəm. Ona görə də bu məsələyə fikir verməmək lazımdır.
Həm Avropa, həm Türkiyə, Qərb dövlətləri siyasətçiləri ilə mütəmadi olaraq açıq və gizli şəkildə görüşlərim olur. Hər görüşlərdə də çalışıram ki, Azərbaycanın gələcəyi naminə müəyyən işlər görülsün, o cümlədən Rusiya, ABŞ, Avropa ölkələrində ölkəmizlə bağlı gedən anti-təbliğatını qarşısını alım. Görüşlərim ancaq millətin, dövlətçiliyin xeyrinə ola bilər”.

H.Hacıyev qeyd edib ki, gələcəkdə də Jirinovski ilə görüşlərin baş tutması mümkündür:

“Vladimir Jirinovski Rusiyada prezidentliyə namizəddir, mən də Azərbaycanda. Əlbəttə, fikirlərimizi bölüşməliyik, gələcəkdə Rusiya və Azərbaycan münasibətlərinin hansı səviyyədə inkişaf etdiyini düşünməliyik. Lakin hazırda hər iki ölkədə seçki prosesidir deyə onun da, mənim də vaxtım məhduddur.
Çalışacağıq ki, gələcəkdə də bu əlaqələr davam etsin, bu istiqamətdə müəyyən addımlar atılıb işlər görülsün, dövlət əlqələrinin yaxşılaşması üçün partiyaların fəaliyyətindən istifadə edilsin. Jirinovskinin Rusiyada daha konstruktiv fikirləri var. Düşünürəm ki, bunlar gələcək üçün millətçiliyimizə, dövlətçiliyimizə xeyirdir”.

Partiya sədri növbədənkənar seçkilərə hazırlıq prosesindən də söz açıb:

“Seçkilərə hazırlıq yüksək səviyyədə davam edir. Artıq imzaları toplayıb Mərkəzi Seçki Komissiyasına təqdim etmişik. Biz seçkinin qanun və tələblərinə uyğun olaraq hələlik təbliğat-təşviqat işlərinə başlamamışıq. Amma rəsmi şəkildə rayonlarda görüşlərimiz, kütləvi şəkildə mitinqlərin keçirilməsi gözlənilir. Hesab edirəm ki, uğurlu seçki olacaq”.

Oxunub: 1 085

Son xəbərlər

Türkiyədə DEAŞ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat: 90 şübhəli saxlanıldı

Bakıda 100 min bina söküləcək? – RƏSMİ

70 kq qızılla saxlanılan polkovnik-leytenantın – 7 il həbsi tələb edildi

Qərb ölkələri üçün yeni təhlükə: "İsgəndər-K" raket sistemləri

Bazeyan: “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq”

Fuad Nəcəfli Baş Prokurorluqda dindirildi

"Sabah" - "Qarabağ" matçının hakimləri bəlli oldu

Oğuzda qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb

“Leops” və Kapital Bank əməkdaşlığı: 8.3 milyon AZN investisiya

İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

R.Rzayev saxlanıldı: gecə saatlarında “Range Rover”lə

Abituriyentlərin ən çox müraciət etdiyi ixtisas qrupu açıqlandı

Məşhur şadlıq evində GÜCLÜ YANĞIN

Qəzzada hakimiyyət təhvil verilir

Bağça müəllimləri sertifikasiyadan nə vaxt keçəcək? – AÇIQLAMA

Sumqayıtda futbol meydançasında faciə – 23 yaşlı oğlan həyatını itirdi

Erməni siyasətçidən təklif: “Ermənistanın prezidenti din xadimi olsun”

Daşkəsəndə qəza oldu

Lənkəran səhiyyəsində şübhəli tender

ABŞ səfiri Türkiyədə qalmaqala səbəb oldu

Bu günün valyuta məzənnələri

“Goldman Sachs”: İran müharibəsi neftin qiymətini 100-115 dollar səviyyəsində saxlaya bilər

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Bakının bir sıra yollarında tıxac yaranıb

Kənd Təsərrüfatı Nazirliyinin tenderi niyə LƏĞV olundu?

“AzInTelecom”un superkompüter infrastrukturunun istifadəsinə başlanılıb

Məşhur uşaq qidasında siçan zəhəri aşkarlanıb

İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir

Ağcaqanadlar ən çox onları SANCIR

Bu meyvə xərçəngə qarşı gizli silah imiş...

Bütün xəbərlər