dunya
9.03.2018, 19:45
11-ci mərtəbədən yıxılan qardaşını xilas etmək istədi, faciəvi şəkildə öldü - FOTO

Türkiyədə bədbəxt hadisə baş verib.
Binada işə başlayan 24 yaşlı Ali 11-ci mərtəbəyə qalxıb. Onun 20 yaşlı qardaşı Yunus isə yükləri liftə qoyaraq Alinin aşağı enməsini gözləyib. Bu zaman isə liftdən yükləri götürmək istəyən Ali müvazinətini itirərək yıxılıb. O, qollarını açaraq yuxarıdan düşən qardaşını xilas etmək istəyən Yunusun üzərinə düşüb. Ağır yaralanan Yunus Emre Faraşoğlu Adana şəhər xəstəxanasına çatdırılıb.
İki ayağı qırılan Ali Faraşoğlu isə Çukurova Universiteti Tibb fakultəsi Balcalı xəstəxanasında əməliyyat edilib. O, 2 gün xəstəxanada qaldıqdan sonra evə buraxılıb.
Yunus Emre isə 26 gün davam edən müalicədən sonra həyatını itirib.
big.az


