hadise
14.03.2018, 11:23
Azərbaycanda uşaq 4 yaşlı qardaşını güllələdi

Xaçmaz rayonunda 10 yaşlı oğlan qardaşını güllələyib.
Hadisə rayonun İlxıçı kəndində qeydə alınıb.
Məlumata görə, E.Ş. evdə nəzarətsiz qalan tüfənglə ehtiyatsız davrandığından 4 yaşlı qardaşı R.-ya atəş açıb.
Azyaşlı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. (report)
@dogruxeber.tv


