Afrində öldürülən terrorçular necə sayılır? – Təhlükəsizlik mütəxəssisi PKK-nın bütün SİRLƏRİNİ AÇDI










Türkiyə Silahlı Qüvvələri və Azad Suirya Ordusunun birgə həyata keçirdiyi “Zeytun budağı” hərəkatında öldürülən terrorçu sayı 3524-ə çatıb.
Öldürülən terrorçuların necə sayılması hər kəsin maraq dairəsindədir.
Türkiyənin təhlükəsizlik mütəxəssisi Abdulla Ağar sosial media hesabından verdiyi açıqlamada bu sualı cavablandırıb. Mütəxəssis bildirib ki, əslində, öldürülən terrorçuların sayı göstərilən rəqəmlərdən daha çoxdur: “Silahlı pilotsuz təyyarələri və hücum helikopterlərinin atəş öncəsi, atəş anı və atəş sonrası hədəflərindəki hərəkətlilik və hədəfə təsir gücünü qeydə alan müasir görüntüləmə sistemləri vardır. Bununla birlikdə tanklarda da istər termik, istərsə lupa sistemləri ilə hədəfi atəş anı və sonrasında izləmə qabiliyyətləri mövcuddur. Yəni, bu atəşə dəstək vasitələri atışın hədəfdəki təsirini görə bilir, qeydə alır və sənədləşmə üçün hazırlayır. Əlbəttə, iş sadəcə bununla bitmir. Qarşıdurma məkanları və atəş altına alınan hədəflər davamlı şəkildə pilotus təyyarələr və pilotlu kəşfiyyat təyyarələri vasitəsilə izlənilir. Terrorçuların hərəkətləri, məkanlara giriş-çıxış, artma və azalmaları analiz edilir. Ancaq topçuların vurduqları hədəfləri görmək və analiz etmək imkanımız yoxdur. Burada işə kəskin nəzarətçilər, pilotsuz təyyarələr qarışır. Təbii ki, birliklərin də əldə etdiyi məlumatlar olur. Əməliyyatlardan sonra ələ keçirilən yerlərdə öldürülən terrorçular bir-bir sayılır və qeydə alınır.
İçindəki terrorçu sayı bilinməyən, görünməyən, baza, bina, sığınacaq və depolardakı ölülər təxmini şəkildə qeyd edilir. Yəni terrçuların başına uçmuş tikililərin altında neçə nəfərin öldüyü dəqiq bilinmir. Hücum və manevrlərdən sonra qarşıdurmada öldürülən terrorçuların cəsədləri PKK-YPG tərəfindən gizlədilir. Onlar mülki əhalinin istifadə etdiyi avtomobillərlə cəsədləri toplayır və yaralıları gizlədir. Məqsəd isə təşkilatın nə qədər üzv itirdiyini gizlətməkdir. Onlar cəsədləri kütləvi şəkildə basdırır, qayalardakı çatlaqlara yerləşdirir, uçurumlardan aşağı atırlar”.(publika.az)

Son xəbərlər

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Bütün xəbərlər