dunya
21.03.2018
Hakimi söyən türk əsilli isveçrəli baş məşqçi cəzalandırılıb

Türk əsilli isveçrəli baş məşqçi Murat Yakın ağır cəza alıb. Apasport.az saytının məlumatına görə, “Qrasshopers”in çalışdırıcısı hakimi söydüyü üçün cəzalandırılıb.
İsveçrə çempionatının 24-cü turunun “Lozanna” ilə oyununda insident zamanı hakimi təhqir edən Yakın 3 matçda texniki zonadan komandasını idarə edə bilməyəcək.
Maraqlıdı ki, həmin görüşdə eyni səbəbdən Muradın kiçik qardaşı və köməkçisi Hakan Yakın da cəzalandırılıb. Onun uzaqlaşdırılma müddəti isə 5 matç olub.


