Natiq Məmmədov: Tibb müəssisələrində olan seçicilərin səsvermədə iştirakına tam şərait yaradılacaq













Digər seçici qrupları kimi, səhhəti ilə əlaqədar səhiyyə müəssisələrində müvəqqəti yerləşən şəxslərə həmin yerlərdə yaradılan məntəqələrdə səs verməyə imkan yaradılacaq. Hazırda sayı üç mindən artıq olan belə seçicilərin səsvermə hüquqlarının təmin edilməsi üçün Seçki Məcəlləsindən irəli gələrək Mərkəzi Seçki Komissiyası (MSK) Səhiyyə Nazirliyi ilə birgə tədbir keçirir.
Bu fikirləri Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov deyib. "Mərkəzi Seçki Komissiyası çalışır ki, səsvermə prosesində seçki hüququ olan heç kəs kənarda qalmasın. Hər bir vətəndaşın konstitusion hüququ nəzərə alınaraq, onun seçkilərdə iştirakı təmin edilir”, - deyə o qeyd edib. N.Məmmədov həm də bildirib ki, səhhətinə görə və ya digər üzrlü səbəblərdən seçki məntəqələrinə gələ bilməyən seçicilərin də sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılacaq.

MSK sədrinin müavini qeyd edib ki, seçki ərəfəsində 18 istiqamətdə maarifləndirmə proqramları hazırlanıb tətbiq edilməkdədir. Ümumilikdə 50 gündən artıq müddət ərzində icrası nəzərdə tutulan bu tədbirlərin xeyli hissəsi artıq arxada qalıb və müxtəlif seçici qrupları üçün faydalı olacağına inanırıq. Bu gün Səhiyyə Nazirliyi ilə birgə təşkil edilən seminar-müşavirə kimi, indiyədək kütləvi informasiya vasitələri tərəfindən də geniş işıqlandırılan bütün layihələr aidiyyəti müxtəlif digər qurumlarla birgə reallaşdırılıb.

Natiq Məmmədov seçkilərə hazırlığın bəzi məqamları ilə bağlı da məlumat verib. O bildirib ki, min məntəqədə veb-kameraların quraşdırılması işi başa çatmaq üzrədir. Bu məntəqələrin yaxın günlərdə ictimaiyyətə təqdimatı olacaq. Seçki məntəqələrində quraşdırılan veb-kameralar şəffaflığa çox mühüm töhfə verir. Bununla yanaşı, hər seçkidə olduğu kimi, bu dəfə də səslərin operativ hesablanıb ictimaiyyətə çatdırılması mümkün olacaq. Səsvermə prosesinin obyektiv, şəffaf keçirilməsi səslərin operativ hesablanması işini də asanlaşdırır./xezerxeber

Son xəbərlər

Körpüdə uşaqları daşıyan avtobus SUV ilə toqquşub - Bu ölkədə

Kartla ödəniş edənlərin NƏZƏRİNƏ!

Mehriban Abasquliyeva sabiq məhkəmə sədrinin bacısı imiş

Rusiyadan Ermənistana səsverməyə gələnlər saxlanılır

Azərbaycanda bu şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq

BAŞLANDI! Rusiya şəhərləri, Krım, gəmilər, zenit-raketlər, dəmiryolları BOMBALANIR

“Qarabağ” 1 milyona qapıçı alır

Podolyakdan Lukaşenkoya hədə: Təqaüdə çatmaq istəyirsə...

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

Sərhəddə, yerin altında gizli narkotik marşrutu: illərlə diqqətdən yayınıb - Foto

Tarixdə ilk trilyonçu ola bilər

"Ford" 420 min avtomobili geri çağırır

"Reuters": Aİ ilə Rusiya arasında danışıqlar üçün imkan yaranır

Qırğızıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

İsrailli köçkünlər fələstinli çobanları otlaqlarından qovublar

Cəfər Əsədova yüksək vəzifə verildi

Zelenski: Ukraynanın NATO-ya üzvlüyünü əksər ölkələr dəstəkləyir

Netanyahu Trampla fikir ayrılıqlarının yarandığını etiraf etdi

Şəlaləyə baxmağa gedən 21 yaşlı gənc iki həftədir tapılmır

İspaniyada anomal isti hava səbəbindən ölənlərin sayı 100-ü keçib

Baş nazirdən QƏRAR

Azərbaycanlı gəncin hesabında 22 milyard dollar...

Rövşən Muradov qəfil VƏFAT ETDİ

Narkotikin təsiri altında olan sürücü həbs edildi

Rusiyadan ABŞ və İranın hücumlarına reaksiya

Saxta mesajlar avtomatik aşkarlanacaq - "WhatsApp"da yeni funksiya

Əlavə məzuniyyətlər kimlərə verilir?

İmişlidə güclü yanğın - 2 rayondan dəstək gəldi

Dünya Kuboku: Azərbaycanın basketbol millisi pley-in mərhələsində

Bütün xəbərlər