Uyuşdurucu satdığı deyilən aptekin müdiri: “Bizə qarşı qərəzdir” – VİDEO










“Belə bir hal yoxdur, bunu deyənlər bizə iftira atırlar”.
Bakının Xətai rayonunda fəaliyyət göstərən aptekin müdiri PressClub.Az-a uyuşdurucu satması barədə iddialara cavab olaraq bildirib bunları.

Qeyd edəki ki, saytımıza sözüngedən rayonun İnqilab İsmayıov küçəsində, 40 saylı marşurutun sonuncu dayanacağında fəaliyyət göstərən aptekdə reseptsiz ağrıkəsici satılması barədə ərazidə yaşayan sakinlər tərəfindən müraciət daxil olub.

Sakinlər iddia edirdilər ki, sözügedən aptekdə ağrıkəsici olan “Tramadol”u reseptsiz satırlar. Hansı ki, bu dərmanlar iki möhürlü reseptlə verirlər.

Buna da bax: Bakıda valideynlər həyəcan təbili çalırlar: “Balalarımızı zəhərləyirlər” – FOTO

PressClub.Az-la əlaqə saxlayan aptekin müdiri Şahmal Qasımov isə iddiaları təkzib edir. Onun sözlərinə görə, deyilənlər onlara qarşı iftiradır. Biz, ümumiyyətlə, aptekdə istər resepetli, istər də reseptsiz bu adda dərman satmırıq. Satılan “Tramadol 100 mq” yox, 50 mq-dır, onu da reseptsiz vermirik.

Ş.Qasımov bu iftiranın kimlər tərəfindən atıldığını da təxmin etdiyini bildirdi. Onun sözlərinə görə, qarşı binada narkotik asılısı olan bir neçə şəxs yaşayır ki, onlar bir neçə dəfə aptek sahibindən həmin dərmanlardan tələb ediblər: “Vermədiyimizə görə isə belə şantaja keçiblər”.

Məlumat üçün bildirək ki, saytmıza şikayət bir yox, bir neçə nəfər tərəfindən edilib. Həmin ərazidə sözügedən aptekdən savayı bir neçə aptek də var. Müraciət edənlərin, ancaq həmin apteki nişan göstərməsi isə, ehtimal ki, təsadüf deyil.

Ş.Qasımov onu qeyd etdi ki, bu yaxınlarda onların aptekinə özünü İqtisadi İnkişaf Nazirliyinin əməkdaşı kimi qələmə verən şəxs gəlmişdi. “Adam dələduz idi və nazirliyin adından istifadə edərək pul almaq istəyirdi. Biz də onu ifşa etdik”. Aptek sahibi ehtimal edir ki, bu şikayət həmin şəxs tərəfindən də edilə bilər: “Ola bilsin, bizim şikayətimizdən sonra həmin adam əvəz çıxmaq qərarına gəlib”.

Aptek müdiri dediklərini sübut etmək üçün video da təqdim etdi:/korrrupsiya.az


@dogruxeber.tv




Son xəbərlər

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bütün xəbərlər