hadise
30.03.2018, 12:54
Bakıda qətl törədilib

Bakıda qətl törədilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 29-da Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Zamin Rəsulov ailə-məişət münaqişəsi zəminində arvadı Natəvanı bıçaqla qətlə yetirib.
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Z.Rəsulov tutulub.


