Aydın Əliyevin NK-ya yolunu kimlər bağlayır?






Azərbaycanda aprel ayının 11-də keçiriləcək növbədənkənar prezident seçkiləri yaxınlaşdıqca böyük vəzifəli şəxslər arasında narahatlıq günbəgün artmaqdadır. Prezident seçkilərindən sonra formalaşacaq yeni hökumətdə təmsil olunmamaları ehtimalı bəzi məmurlara o qədər sirayət edib ki, artıq onlar müəyyən bəhanələrlə işə də gəlmirlər. Ancaq bu halın əksinə olaraq hər gün işə daha həvəslə gələn, rəhbərlik etdiyi qurumun müsbət fəaliyyətini ölkə mediasında intensivləşdirən məmurlar da var.

Bu cür məmurlardan biri də Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevdir.

Son zamanlar bəzi iqtisadçı ekspertlərin Dövlət Gömrük Komitəsinin Vergilər nazirliyinə birləşdirilməsinin vacibliyini əsaslı arqumentlərlə mediaya çıxararaq dolayısı yolla siyasi hakimiyyətə və ictimaiyyətə təqdim etmələri bu qurumda yaxın zamanlarda ciddi islahatların aparılacağından xəbər verir. Dövlət Gömrük Komitəsinin ətrafında çəmbərin gündən-günə daralması fonunda Aydın Əliyevin ruh yüksəkliyinin hər gün daha da artmasına Komitə sədrinin müavinləri və eləcə də digər tabeli şəxslər məntiqi izah tapa bilmirlər.

Qlobal.az-ın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsinin sədrinin ruh yüksəkliyində olmasının səbəbi prezident seçkilərindən sonra formalaşacaq yeni hökumətdə daha böyük vəzifəyə – Baş nazirin müavini vəzifəsinə təyin olunacağı ilə bağlıdır. Belə ki, Aydın Əliyevin yeni vəzifədə iqtisadiyyat sahəsini kurasiya edəcəyi ehtimal edilir. Aydın Əliyevin seçkilərdən sonra daha böyük vəzifəyə gedəcəyi xəbəri onun rəqiblərini də artıq hərəkətə keçirib.

Son zamanlar bəzi saytlarda və sosial şəbəkələrdə Aydın Əliyevin və onun qohumlarının bir çox şirkətlərinin olması barədə məlumatların yayılması Komitə sədrinin korrupsioner məmur imicinin yaradılmasına atılan addımlardan biri kimi saymaq olar.

Qeyd edək ki, həmin məlumatlarda Aydın Əliyevin və onun xanım qohumunun Gürcüstanda, Türkiyədə və şərqi Avropada şirkətlərinin olduğu, Azərbaycana gətirilən bir sıra ərzaq və parfümeriya mallarının monopoliyasına rəhbərlik etdiyi deyilir. Yayılan məlumatlarda həmçinin, “Fayton”, “Elbara”, “Hoologans Pub”, “De Luxe” restoranlarının, “Peony art Baku” toyların və nişanların təşkili studiyasının, “Shaddy” tort mağazasının və Bakının mərkəzində fəaliyyət göstərən 10-a yaxın gözəllik salonunun da Aydın Əliyevin himayə etdiyi qohumlarına məxsus olduğu deyilir.

Xatırladaq ki, Aydın Əliyev 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

Əmək fəaliyyətinə 1979-cu ildə Azərbaycan Dövlət Universitetində müəllim kimi başlayan Aydın Əliyev 1980-1992 illərdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində böyük məsləhətçi, nazirin köməkçisi, kadrlar şöbəsinin rəis müavini, şöbə rəisi, Azərbaycan Respublikası Dövlət Arbitrajında arbitr, Azərbaycan Respublikasının Ali Məhkəməsində şöbə rəisi vəzifələrində çalışmışdır.

1992-1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində inspektor, şöbə rəisi, aparıcı mütəxəssis, Baş İdarə rəisi, 1999-cu ilin fevral ayından 2006-cı ilin 6 fevralına gədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 1-ci müavini vəzifəsini icra etmişdir.

6 fevral 2006-cı ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində çalışır.

27 yanvar 2017-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi verilmişdir./korrupsiya.az

Son xəbərlər

Deputatlar yekdilliklə dəstəklədilər: Parlament buraxılır

Merts: Ukraynada müharibəni dayandırmağın iki yolu var

Karapetyana qarşı iş açıldı

Almaniyada yoxsulluq zirvəyə çatdı

“Ayaks” ispaniyalı baş məşqçi ilə anlaşdı

Azərbaycan Mərkəzi Bankının rəhbərliyinin əmək haqqı xərcləri 45 % artıb

Özbəkistan və Finlandiya rəqəmsal nəqliyyat və ağıllı mobillik sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər

Bakıdan Türkiyəyə qatarla gediş-gəliş başladı

Bazarda şok qiymət artımı: Mühərrik yağları 30 faiz bahalaşdı

"Ermənistanı Ukraynanın taleyi gözləyir" - Volodindən XƏBƏRDARLIQ

“AzerGold” QSC Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Göygöl və Daşkəsəndə səyyar tamaşalar təşkil edib

“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi

Sabah hava necə olacaq?

Ermənistan-Türkiyə yaxınlaşması regionda güc balansını belə dəyişəcək: Rusiya və İran...

Azərbaycanla dəmir yolunun açılması ilə bağlı Gürcüstandan açıqlama

Xətai rayonunda 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar konsert proqramı təşkil olunub+VİDEO

Tramp İsrail və Hizbullahın Livana hücumunu dayandırmaq barədə razılığa gəldiyini bildirib

Müqavimət göstərən sürücü saxlanıldı

Abşeronda Uşaqların Beynəlxalq Müdafiəsi Günü şəhid övladları ilə birgə qeyd edilib

“Nar” gənclərin təhsilinə dəstək olmağa davam edir

Netanyahu ilə danışdıqdan sonra Tramp İsrail qoşunlarının Beyruta getməyəcəyini bildirib

Küveyt İrana xəbərdarlıq etdi

Saakaşvilidən müharibə xəbərdarlığı: Bakı buna icazə verməyəcək

Prezident İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək

Bakıda evdən 6 min dollar oğurlayan usta saxlanıldı

Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Prezident Qurban Qurbanovu təltif etdi

Qubanın 3 kəndinin adı dəyişdirildi

Yaşla əlaqəli beyin iltihabının müalicəsi tapıldı

Bütün xəbərlər