hadise
3.04.2018
Bakıda yol qəzası baş verib, xəsarət alan var

Bakının Nərimanov rayonunda yol qəzası baş verib.
Heydər Əliyev prospektində qeydə alınıb.
Taksi fəaliyyəti ilə məşğul olan Çingiz Feyzullayevin idarə etdiyi "Hyundai" markalı minik avtomobili idarəetməni itirərək yolayrıcı bordürə çırpılıb.
Hadisə nəticəsində sürücü yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.apa



