Türkiyədə fahişəliklə məşğul olan şəbəkə aşkarlandı: Azərbaycanlılar da var

Azərbaycanlılar da varTürkiyənin Bursa, Yalova və Aydın şəhərlərində eyni vaxtda 17 ünvanda keçirilən əməliyyat zamanı fahişəliklə məşğul olan şəbəkə aşkarlanıb
dogruxeber.tv Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bursa Təhlükəsizlik İdarəsinin əməkdaşları şəbəkə ilə bağlı 3 aya yaxın araşdırma aparıblar.
Aralarında evli şəxslərin də olduğu dəstə üzvlərinin Moldova, Ukrayna, Qazaxıstan, Belarus və Azərbaycandan gəldikləri və pul qarşılığında fahişəlik etdikləri ortaya çıxıb.
Təhqiqatçıların “pasportçu” ləqəbli bir şübhəlini izləməsindən sonra şübhəlilərin öz aralarında “doğum günü tortu”, “kirayə avtomobil”, “yeni civciv”, “yeni il”, “tək tur”, “sirli gecələr” və digər şifrələrlə danışdıqları məlum olub.
Araşdırma nəticəsində şəbəkə üzvlərindən 16 nəfər isə saxlanılıb, əcnəbi qadınlar öz ölkələrinə göndəriblər.


