Bu gün dünyanın gözü bizdə: ölkənin 7 illik ilk prezident kim olacaq? - Pərdəarxası...












Bu gün dünyanın gözü bizdə: ölkənin 7 illik ilk prezident kim olacaq? - Pərdəarxası...

Bu gün dünyanın gözü bizdədir. Ölkənin 7 illik ilk prezident kim olacaq sualına axşam saatlarında aydınlıq gətiriləcək. Seçkiyə 8 namizəd qatılıb.

dogruxeber.tv-ın verdiyi xəbərə görə, ATƏT-in Demokratik Təsisatlar İnsan Haqları Bürosunun (DTİHB) prezident seçkilərini müşahidə edəcək qısamüddətli missiyası Azərbaycanda səfərdədir.

Qısamüddətli müşahidə missiyasına 280 ekspert daxildir. Daha əvvəl 30 nəfərlik nümayəndə heyəti ilə uzunmüddətli missiya Azərbaycanda səfərdə idi. Missiyaya Korien Yonker başçılıq edir.

ATƏT Parlament Assambleyası, ATƏT DTİHB və AŞ PA seçki günü koordinasiyalı şəkildə Bakı və bölgələrdə müşahidə missiyasını həyata keçirəcəklər.

Parlamentar Nilza de Sena 3 qurum arasında koordinasiyanı həyata keçirəcək. Seçki ilə bağlı ilkin müşahidə səsvermədən sonrakı gün mətbuat konfransında açıqlanacaq.

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) müşahidə missiyası da Bakıya gəlib.

Missiyanın tərkibində yer alan AŞ PA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak bu haqda məlumat verib.

Deyib ki, səfər zamanı nümayəndələr ATƏT DTİHB müşahidə missiyasından olan həmkarları, eləcə də prezidentliyə namizəd olan 8 şəxslə görüşəcəklər.

Viorel Rikard Badeanın (Rumıniya) rəhbərlik etdiyi AŞ PA missiyasına 33 müşahidəçi daxildir.

MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyası da Azərbaycanda prezident seçkilərini müşahidə etmək üçün Bakıya gəlib. Beynəlxalq müşahidə missiyasının tərkibi Rusiya Federasiyası, Tacikistan, Moldova, Belarus, Qazaxıstan və Qırğızıstandan olan deputatlardan ibarətdir.

Bundan əlavə, beynəlxalq müşahidəçilər missiyasına MDB PA-nın beynəlxalq monitorinq institutunun əməkdaşları və ekspertləri daxildir.

Missiya üzvləri aprelin 11-də Bakı və bölgələrdə olacaqlar. Həmçinin beynəlxalq müşahidəçilərin Milli Məclis, Mərkəzi Seçki Komissiyası və prezidentliyə namizədlərlə görüşləri nəzərdə tutulur.

dogruxeber.tv xəbər verir ki, seçkidə YAP-ın namizədi İlham Əliyevin qalib gəlmək şansları yüksəkdir.

Digər namizədlər isə xalqdan ciddi dəstək ala bilməyiblər. Siyasi şərhçilər yazırlar ki, İ.Əliyev xalqın azı 82-85 faiz səsini alacaq.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov isə «RİA Novosti»yə müsahibəsində bildirib ki, prezident seçkilərində seçicilərin ənənəvi yüksək fəallığı gözlənilir.

M.Pənahov deyib ki, cəmiyyətdə seçkilərə böyük maraq müşahidə olunur, elektorat arasında maarifləndirmə işi aparılıb.

O əlavə edib ki, 11 partiya öz nümayəndələrini müşahidəçi kimi qeydiyyata alıb: “Bütün bunları nəzərə alaraq fikirləşirəm ki, seçici fəallığı yüksək olacaq. Adətən prezident seçkilərində fəallıq yüksək olur”.

Analitiklər hesab edirlər ki, son illərdə həyata keçirilən uğurlu siyasi-iqtisadi islahatlar həm idarəçilik fəlsəfəsinə yeni məna çalarları gətirib, həm də xalqın daha xoş sabaha olan inamını qat-qat artırıb.

Çünki davamlı inkişaf, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi dövlətin sosial siyasətinin prioritetidir.

Yeni iqtisadi konsepsiya ilə müasir inkişaf modelini yaradan Azərbaycan artıq borc alan ölkədən borc verən ölkəyə çevrilib.

Vaxtilə iqtisadi durumunu yalnız idxalla təmin edən ölkə bu gün dünya bazarlarına “Made in Azərebaijan” brendi ilə müxtəlif təyinatlı məhsullar ixrac edir.

Cənab İlham Əliyev müsahibəsində qeyd edib ki, son 15 ildə dövlətin fəaliyyətinin başlıca istiqamətlərindən biri iqtisadi müstəqilliyin tam təmin edilməsi olub. Çünki bu, siyasi müstəqilliyin əsasıdır.

Ona görə ki, əgər ölkə iqtisadi cəhətdən asılıdırsa, onda müstəqil siyasət həyata keçirməkdə böyük çətinliklərlə üzləşə bilər və çox vaxt üzləşir.

Azərbaycanı iqtisadi baxımdan özünü tamamilə təmin edən və ciddi iqtisadi çətinliyi olmayan ölkə adlandıran dövlət başçısı son 15 ildə iqtisadiyyatın 3,2 dəfə artmasını dünya rekordu adlandırıb


dogruxeber.tv

Son xəbərlər

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Bütün xəbərlər