Kuril adaları yaxınlığında 5,0 bal gücündə zəlzələ olub
Rusiyanın Kuril adaları yaxınlığında 5,0 bal gücündə zəlzələ baş verib.
dogruxeber.tv-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri İturup adası yaxınlığında, ocağı isə 114 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.