Azərbaycan ilk dəfə Vaşinqtonda keçirilən Beynəlxalq Uşaq Festivalında iştirak edib













ABŞ-ın paytaxtında “Culturfied” Fondunun təşkilatçılığı ilə keçirilən Beynəlxalq Uşaq Festivalında Azərbaycan bu il ilk dəfə olaraq iştirak edib. ABŞ-ın əsas mədəni və iqtisadi tədbirlərinin keçirildiyi məkan olan Ronald Reyqan Beynəlxaq Ticarət Mərkəzində keçirilən festivala Vaşinqton şəhərinin sakinləri, o cümlədən ABŞ-ın müxtəlif ştatlarından gələn insanlar qatılıb.

Azərbaycan festivalda ABŞ-ın Bruklin (Nyu-York) şəhərində fəaliyyət göstərən My Way mərkəzinin “Qafqaz Ritm” (My Way Center Rhythms of Caucasus NYC) adlı uşaq rəqs qrupu ilə təmsil olunub.
Festivalı açıq elan edən “Culturfied” Fondunun prezidenti Mele Melton ictimaiyyət üçün açıq olan tədbirin əsas məqsədinin müxtəlif ölkələrin coğrafiyası, zəngin mədəni irsi, onların adət-ənənələrinin öyrənilməsindən ibarət olduğunu qeyd edib.
Daha sonra Vaşinqton şəhərinin meri Muriel Bouser çıxış edərək, Vaşinqtonun müxtəlif mədəniyyətləri özündə birləşdirən, onlara hörmət edilməsini təşviq edən bir şəhər olmasından qürur duyduğunu bildirib. Muriel Bouser 29 aprel tarixini Vaşinqton şəhərində “Beynəlxalq Uşaq Festivalı Günü” elan edərək şəhər sakinlərini bu bayramı birlikdə qeyd etməyə çağırıb. Festivalda ABŞ-da akkreditə olunmuş 20-dən çox ölkənin səfirliklərinin xətti ilə uşaqlar tərəfindən həmin ölkələrin milli musiqiləri, rəqsləri ifa olunmuş, iştirakçı ölkələrin incəsənət nümunələri nümayiş olunub, milli mətbəxi təqdim olunub.
“Qafqaz Ritm” rəqs qrupunun ifasında təqdim olunmuş “Azərbaycan”, “Yallı” və “Salam” rəqsləri izləyicilər tərəfindən xüsusi maraqla qarşılanıb, sürəkli alqışlarla təqdir olunub. Festivalda Azərbaycanla yanaşı Anqola, İsveç, Boliviya, Türkiyə, Dominikan, Misir, Salvador, Misir, Haiti, İndoneziya, Keniya, Litva, Monqolustan, Panama, Filippin, Qətər, Ruanda, Səudiyyə Ərəbistanı, Sudan, və Uruqvay iştirak edib.



Azərbaycan ilk dəfə Vaşinqtonda keçirilən Beynəlxalq Uşaq Festivalında iştirak edib


Azərbaycan ilk dəfə Vaşinqtonda keçirilən Beynəlxalq Uşaq Festivalında iştirak edib


Azərbaycan ilk dəfə Vaşinqtonda keçirilən Beynəlxalq Uşaq Festivalında iştirak edib

Son xəbərlər

"Bəzi dairələr ölkəmizin imicinə zərbə vurmaq üçün təxribatçı informasiyalar yayırlar" - Deputat

Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

“Real Madrid” onunla maraqlanır

Ukrayna daha bir kəndi itirdi

Bu ölkə tamamilə işıqsız qaldı

Adil Kərimli Türkmənistan Prezidenti ilə görüşdü

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Mətanətdən Vüqar Muradova ağır sözlər

Qazın qiyməti UCUZLAŞDI

Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

Bütün xəbərlər