dunya
12.05.2018, 08:39
Yaponiyada məktəb avtobusu mikroavtobusla toqquşub, ölən və yaralananlar var

Yaponiyanın Okinava prefekturasında ağır yol qəzası baş verib.
dogruxeber.tv-in TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Uruma şəhərində məktəb avtobusu mikroavtobusla toqquşub.
Qəza nəticəsində hər iki sürücü və nəqliyyat vasitələrində 16 yuxarı sinif şagirdi müxtəlif dərəcəli xəsarətlər alıblar. 1 nəfəin öldüyü bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisənin səbəbləri araşdırılır.


