dunya
16.05.2018
KXDR Cənubi Koreya ilə görüşdən imtina edib

Şimali Koreya (KXDR) Cənubi Koreya ilə mayın 16-na planlaşdırılmış yüksək səviyyəli görüşdən imtina edib.
dogruxeber.tv-ın məlumatına görə, buna səbəb ABŞ-ın Cənubi Koreya ilə keçirdiyi birgə hərbi təlimlər olub.
Qeyd edək ki, iki ölkə arasındakı sərhəddə keçirilməsi planlaşdırılmış görüşün təşəbbüskarı KXDR olmuşdu. Danışıqlarda “Qırmızı Xaç” xətti ilə dialoqun bərpası məsələlərinin müzakirə olunacağı gözlənilirdi.
Pxenyan həmçinin ABŞ-la planlaşdırılmış birgə sammitdən də imtina edəcəyi ilə hədələyib.


