dunya
17.05.2018, 08:15
İranda zəlzələ olub

İranın qərb bölgəsində 3,7 bal gücündə zəlzələ baş verib.
dogruxeber.tv-ın xəbərinə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.
Yerli vaxtla saat 04:33-də qeydə alınan yeraltı təkanların episentri Şuş şəhərindən 39 km şimalda, ocağı 10 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.


