Erməni müstəntiqlər biznesmen Mehman Quliyevə işgəncə verib








Rusiyanın Stavrapol vilayətində Azərbaycan vətəndaşı, qanunsuz silah və narkotik dövriyyəsində ittiham olunaraq ötən ilin martında həbs edilən biznesmen Mehman Quliyevin işi üzrə məhkəmə prosesi gedir. “Kavkazskiy uzel” portalı xəbər verir ki, təqsirləndirilən Quliyevin qardaşı bu cinayət işinin qurama olduğunu, Mehmandan istintaqda ifadəni işgəncə altında, toka verməklə aldıqlarını deyib. Məhkəmədə Mehmanın qohumları da iştirak ediblər, ancaq qardaşı Rasimdən başqa onların heç biri cinayət işinə və irəli sürülən ittihamlara dair fikir bildirməyiblər. Çünki “problemlə qarşılaşmaq” istəməyiblər.

Mehman Quliyev Azərbaycan vətəndaşı olduğundan onun azərbaycanlı diplomatların da dəstəyinə ümid etmək haqqı var, amma Azərbaycanın konsulluq əməkdaşları bir dəfə də olsun onun məhkəməsinə getməyiblər. Qardaşının dediyinə görə o, vəkil Ələddin Musayevlə birlikdə diplomatik nümayəndəliyə gediblər, amma orada deyiblər ki, 10-15 diplomatın Rusiyada yaşayan hər azərbaycanlının problemi ilə məşğul olmağa imkanı yoxdur.



Rasimin dediyinə görə Mehmanın işi onların bizneslərini əllərindən almaq üçün saxtalaşdırılıb. Həbsdəki biznesmenin qardaşı iş üzrə hər iki müstəntiqin erməni olduğuna da diqqəti cəlb edib. “Dağlıq Qarabağ problemi Rusiyada yaşayan azərbaycanlılarla ermənilərin münasibətlərinə də təsir edir. Mən hesab edirəm ki, Mehmanın işinə qəsdən erməni müstəntiq cəlb ediblər, hesablayıblar ki, o istintaq üçün şübhə doğuran məqamlarla bağlı dərinə getməyəcək. Amma birinci müstəntiq məsuliyyətli və ağıllı adam idi, ona görə də işi ikinci müstəntiqə-yenə də erməniyə verdilər”-Rasim Quliyev deyir.

Məhkəmədə vəkil deyib ki, müdafiə etdiyi şəxs rus dilini pis bilir və onun adından yazılan ifadəyə məcburi qol çəkib. Çünki Quliyevə işgəncə veriblər, onun hər iki əlinin barmaqlarında toka verilmənin izləri var. Məhkəmədə prokuror bu xəsarət izlərinin həqiqətən işgəncə nəticəsində yarandığını dəqiqləşdirmək üçün təkrar ekspertiza barədə vəsadət qaldırıb.

Mehman Quliyev özü isə məhkəmədə əllərinin barmaqlarında, boynunda və çənəsində toka verilmə nəticəsində yaranan xəsarət izlərini göstərib: “Toka qoşanda az qala tavana qədər sıçradım”.



Mehmanın qardaşı deyir ki, həbsdən əvvəl güc strukturlarının əməkdaşları onları təhdid edirdi və xəz biznesindən əl çəkməyi tələb edirdi. “Yanıma gəlib hədələdilər ki, əgər xəz alverindən əl çəkməsəm qardaşımın gününə salacaqlar. Bundan sonra oğlum-Azərbaycan vətəndaşı saxlanıldı və Azərbaycana deportasiya edildi. Hansı ki, onun Rusiyada yaşamaq icazəsi var idi”-Rasim deyir.

O bildirir ki, təzyiqlər nəticəsində biznesi əlindən çıxıb, hazırda Rasim Mehmanın Azərbaycanda yaşayan ailəsinin, həm də öz ailəsinin qayğısına qalmağa məcburdur. Mehmanın Azərbaycanda arvadı və üç azyaşlı uşağı yaşayır.

Biznesmen Mehman Quliyev ötən il martın 7-də Stavrapolda OMON-un iştirakı ilə həbs edilib. Istintaqın versiyasına görə onun avtomobilindən narkotik və patronlar aşkar olunub. (Virtualaz.org)


Erməni müstəntiqlər biznesmen Mehman Quliyevə işgəncə verib

Erməni müstəntiqlər biznesmen Mehman Quliyevə işgəncə verib

Son xəbərlər

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Bütün xəbərlər