Məşhur restoranda partlayış – Müştərilər təlaşa düşdü













Bakıda məşhur restoranda təhlükəsizlik qaydalarına əməl olunmadığı üçün partlayış baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bir neçə müştəri mayın 20-si saat 13 radələrində Buzovna qəsəbəsində yerləşən “Dükkan” restoranında nahar edərkən qaz balonunun partladığını bildiriblər.

Belə ki, ictiami obyektin sosial şəbəkədəki hesabında bu barədə yazan Aytac Məmmədli bildirib ki, partlayış nəticəsində uşaqları da çox qorxub: “Heç kəs çölə çıxmaq üçün bizə yol göstərmədi. Hətta yeyə bilmədiklərimizin də pulunu aldılar və hadisəyə görə üzr istəyən də olmadı”.

Digər müştəri Aytən Məmmədli isə restoranın tikintisinin tam başa çatmadığını bildirib: “Ətrafda uşaqlar üçün təhlükəli olan çuxurlar var idi. Partlayış vaxtı isə nə yanğın çıxışı, nə də yol göstərən var idi. Hər kəs öz canının hayında qaçaqaçda idi”.

Müştərilərdən biri, Aygün adlı xanım restoranın terras hissəsində açıq havada divarın yanında qaz balonu yerləşdirildiyini və hadisə vaxtı həmin balonun partladığını qeyd edib: “İşçilər də hadisədən sonra qaz balonunun partladığını dedilər, amma təhlükəsizlik qaydalarına görə nazirliyin onları cərimələməməsi üçün rəsmi rəsmi qurumlara məlumat vermədilər. Biz partlayış vaxtı alovu da gördük”.

Toğrul Xələfov adlı şəxs isə həmin zaman partlayış baş verən divarın yanındakı masada əyləşdiyini bildirib.

“Dükkan” restoranı isə müştərilərə cavabında orada belə bir hadisənin baş vermədiyini bildirib: “Sadəcə yaxınlıqdakı ərazidə partlayış baş verib və “Dükkan”da onun səsi eşidilib”.

Lakin restoranın adını açıqlamaq istəməyən administratoru “Qafqazinfo”ya açıqlamasında qaz balonundan yanğın baş verdiyini açıqlayıb:

“Bizdə qaz xətti var, amma təzyiq zəif olduğu üçün qaz balonu istifadə edirik. Dünən də partlayış baş verməyib, qaz balonunda yanğın oldu, müştərilər hamısı durub çölə qaçdı. Biz özümüz alovu söndürdük. Restorana heç bir ziyan dəyməyib, xəsarət alan da olmayıb. Sadəcə həmin adamlar hesabın çox olduğunu deyərək hər yerə yazıb bizdən şikayət edilər. 20 nəfərə 140 manat hesab veriblər”.

“Dükkan”ın administratoru bu gün rəsmi qurumların restorana baxış keçirəcəyini bildirib: “Qaz idarəsi və Fövqəladə Hallar Nazirliyindən zəng etmişdilər, bu gün gəlib yoxlama aparacaqlar. Biz yanğından sonra polisə və yanğın bölməsinə məlumat vermədik, çünki buna ehtiyac olmadı”.

Qeyd edək ki, dünən də Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən kafedə qaz balonunda yaranan yanğın sonrası baş verən partlayış nəticəsində 3 nəfət vəfat edib, 1 nəfər ağır yaralıdır.

Son xəbərlər

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Bütün xəbərlər