Şəhid ailələrinə 11 min manat nə vaxt ödəniləcək? - Nazir müavinindən açıqlama













“Şəhid vərəsələrinə birdəfəlik ödənişin edilməsi üçün tam şəffaf sistem yaradılıb. Buna hüququ çatanlar təkcə notariusa müraciət etməklə yardımı ala biləcəklər”.

“dogruxeber.tv” xəbər verir ki, bu barədə “Xəzər Xəbər”ə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov məlumat verib.

Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların siyahısı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Ədliyyə Nazirliyi və Dövlət Sığorta Kommersiya Şirkətinə təqdim ediləcək. Bu siyahı dəqiqləşdirildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında yerləşdiriləcək.

Adı siyahıda qeyd edilən vətəndaşlar hərbi qulluqçunun ölümü haqqında şəhadətnamə, şəhidin ölmüş elan edilməsi haqqında məhkəmə qərarı, vərəsəlik hüququnu təsdiq edən sənəd və ödənişi almaq üçün bank hesabını təqdim etməklə yardımı ala biləcək. Bu sənədləri daha tez təqdim edənlər daha tez ödəniş ala biləcəklər.

Qeyd edək ki, ilkin hesablamalara görə, bu vəsait 9 minə yaxın şəhidin vərəsəsinə veriləcək ki, bu da 100 milyon manatdan çox vəsait deməkdir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Oxunub: 1 109

Son xəbərlər

Baş nazir qərar imzaladı

“European Tobacco-Baku” ləğv edilib

Simonyan əndazələri aşır: Azərbaycanla bağlı daha bir “ittiham”

“Vulverhempton” İngiltərə Premyer Liqasını tərk etdi

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib

"Napoli" Romelu Lukakunu 150 min avro cərimələyib

Piramidalarda DƏHŞƏT: ÖLƏN VAR

Bakıda avtobusların sayı ARTIRILDI

Bu bank pulunuza illik 12% gəlir təklif edir

Əhməd saxlanıldığı tibb müəssisəsindən azad olunub? – RƏSMİ

İsrail Livanın bəzi ərazilərini atəşə tutub

Makron gələn ay Ermənistana gedir

Azərbaycanda İT auditinin aparılması təklif olunur

“Müğənnilik qadın sənəti deyil

İran tankeri ABŞ blokadasını pozub Hörmüzü keçdi

Birol: Hörmüz böhranından sonra enerji bazarının bərpası iki il çəkə bilər

“Four Seasons”da genişmiqyaslı Təhsil Sərgisi keçiriləcək

Bakı metrosuna sərnişinlər niyə buraxılmır?- RƏSMİ AÇIQLAMA

İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib

Qobustanda ana və 3 övladı dəm qazından zəhərləndi

Fransa sərt büdcə qənaətinə keçir

Kənar dairəvi yolda qəza - Ölən var

Məktəbdə yandırılan şagirdin SON DURUMU

Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ

Ağdamda 17 yaşlı qızı maşın vurdu

Cəlili Qalibaf və Əraqçını istefaya məcbur edir

ADB Biləcəri–Yalama dəmir yolu üzrə tender elan edib

Günün qoroskopu: Düşüncələriniz dəyişir

BEA: Dünya enerji xəritəsi yenidən formalaşdırıla bilər

“İran təslim olmayacaq”

Bütün xəbərlər