Deputatın bir il əvvəl general olan qardaşı işdən niyə çıxarıldı – versiya













Baba Salayev cəmi iki il işlədiyi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsini itirdi
Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Baba Salayev tutduğu vəzifədən azad olunub. Unikal.org xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Baba Salayevin işdən çıxarılması ilə bağlı müvafiq əmr imzalayıb. Dövlət Gömrük Komitəsindən xəbəri təsdiqləyiblər.

Onun yerinə isə gömrük xidməti polkovniki Rəsulov Məsum Eynalı oğlu təyin edilib. Baba Salayev deputat Hacı Salayevin qardaşıdır. Hacı Salayev dördüncü müddətdir ki, parlamentin deputatdır. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü olan H.Salayev Milli Məclisdə bitərəfdir. 44 saylı Sumqayıt-Xızı seçki dairəsini təmsil edir.


Hacı Salayev

H.Salayevin hazırda Rusiyada axtarışda olan Telman İsmayılovun qardaşlarının biri ilə yaxın qohum olduğu da iddia olunur.

“Yeni Müsavat”ın məlumatına görə, Baba Salayev 2016-cı ilin yanvarında DGK-nın Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin edilib. O, bu vəzifədə DGK-nin Gömrük sahəsində hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini təyin edilmiş general-mayoru Güloğlan Muradlını əvəz edib. B.Salayev daha əvvəl Balakən rayonunun Gömrük İdarəsinin rəisi vəzifəsini tutub.

Prezident bir il sonra-2017-ci ilin yanvarında ona gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilməsi barədə sərəncam imzalayıb.

Dövlət Gömrük Komitəsinin yeni sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin bu vəzifəyə təyinatından sonra DGK-da bir sıra kadr dəyişiklikləri edilib. General-leytenant mediaya açıqlamasında deyib ki, DGK-da struktur və kadr islahatları aparılacaq, gömrük orqanlarında şəffaflıq daha da artırılacaq. S.Mehdiyev qeyd edib ki, Dövlət Gömrük Komitəsi qanunsuz əməllərə qətiyyən yol verməyəcək: “Bu istiqamətdə müşavirələr keçirilib və məsul şəxslərə xüsusi tapşırıqlar verilib. Bundan sonra da şəffaflıq və prezidentin apardığı islahatların daha da dərinləşdirilməsi istiqamətində işlər davam etdiriləcək”. Belə görünür ki, general da vəzifəsini bu kadr islahatları səbəbindən itirib. İstisna deyil ki, ona DGK-da yeni görəv verilsin.


Deputatın bir il əvvəl general olan qardaşı işdən niyə çıxarıldı – versiya

Son xəbərlər

Körpüdə uşaqları daşıyan avtobus SUV ilə toqquşub - Bu ölkədə

Kartla ödəniş edənlərin NƏZƏRİNƏ!

Mehriban Abasquliyeva sabiq məhkəmə sədrinin bacısı imiş

Rusiyadan Ermənistana səsverməyə gələnlər saxlanılır

Azərbaycanda bu şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq

BAŞLANDI! Rusiya şəhərləri, Krım, gəmilər, zenit-raketlər, dəmiryolları BOMBALANIR

“Qarabağ” 1 milyona qapıçı alır

Podolyakdan Lukaşenkoya hədə: Təqaüdə çatmaq istəyirsə...

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

Sərhəddə, yerin altında gizli narkotik marşrutu: illərlə diqqətdən yayınıb - Foto

Tarixdə ilk trilyonçu ola bilər

"Ford" 420 min avtomobili geri çağırır

"Reuters": Aİ ilə Rusiya arasında danışıqlar üçün imkan yaranır

Qırğızıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

İsrailli köçkünlər fələstinli çobanları otlaqlarından qovublar

Cəfər Əsədova yüksək vəzifə verildi

Zelenski: Ukraynanın NATO-ya üzvlüyünü əksər ölkələr dəstəkləyir

Netanyahu Trampla fikir ayrılıqlarının yarandığını etiraf etdi

Şəlaləyə baxmağa gedən 21 yaşlı gənc iki həftədir tapılmır

İspaniyada anomal isti hava səbəbindən ölənlərin sayı 100-ü keçib

Baş nazirdən QƏRAR

Azərbaycanlı gəncin hesabında 22 milyard dollar...

Rövşən Muradov qəfil VƏFAT ETDİ

Narkotikin təsiri altında olan sürücü həbs edildi

Rusiyadan ABŞ və İranın hücumlarına reaksiya

Saxta mesajlar avtomatik aşkarlanacaq - "WhatsApp"da yeni funksiya

Əlavə məzuniyyətlər kimlərə verilir?

İmişlidə güclü yanğın - 2 rayondan dəstək gəldi

Dünya Kuboku: Azərbaycanın basketbol millisi pley-in mərhələsində

Bütün xəbərlər