“Özəl klinikalarda bu şərait yoxdur” - Səhiyyə Nazirliyi













Özəl klinikaların demək olar ki, hamısında yeni doğulan körpələrə ilkin tibbi yardım xidmətləri göstərilir. Ancaq təəssüf ki, özəl klinikaların hamısında ağır vəziyyətdə doğulan körpələrə ilkin tibbi yardımdan sonra tələb olunan yüksək səviyyəli tibbi tədbirlərin göstərilməsi üçün müvafiq şərait yoxdur".

“dogruxeber.tv” xəbər verir ki, bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyinin baş neonatoloqu, qurumun Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyasının sədri Rüstəm Hüseynov deyib.

Onun sözlərinə görə, buna görə də özəl tibb müəssisələri yenidoğulmuşlara ilk yardım göstərildikdən sonra körpələri dövlət tibb müəssisələrinə köçürürlər.

Dövlət xəstəxanalarının neonatologiya sahəsində müasir avadanlıqlar, tibbi ləvazimat və dərman preparatları ilə təmin edildiyini deyən R.Hüseynov onu da qeyd edib ki, hazırda əsas problemlərdən biri müasir dövrün tələblərinə uyğun kadr hazırlığı ilə bağlıdır. Bu isə neonatologiya elminin sürətlə inkişaf etməsi ilə əlaqədardır:

"Nisbətən zəif yerimiz kadrlarla bağlıdır. Hazırda Azərbaycan Tibb Universitetində və diplomdan sonrakı təhsil sistemində neonatoloqlara aid tədris proqramları yenilənir. Nəzərə almaq lazımdır ki, yenidoğulmuşlara qulluğun 70 faizini tibb bacıları edir. Ona görə də tibb bacıları ilə xüsusi işləmək lazımdır. Yenidoğulmuşlar, xüsusilə də vaxtından əvvəl doğulanlar xüsusi qaydada bəslənməlidir. Tibb bacılarına yenidoğulmuşa ilkin reanimasiya yardımı, tibbi avadanlıqla işlənməsi, küvez şəraitində necə qulluq edilməsi, zond vasitəsilə qidalanmanın, başqa prosedur və manipulyasiyaların öyrədilməsi vacib amillərdən biridir. Buna görə də hazırda yenidoğulmuşlarla işləyən tibb bacıları üçün yeni proqram hazırlanır".

Son xəbərlər

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Körpüdə uşaqları daşıyan avtobus SUV ilə toqquşub - Bu ölkədə

Kartla ödəniş edənlərin NƏZƏRİNƏ!

Mehriban Abasquliyeva sabiq məhkəmə sədrinin bacısı imiş

Rusiyadan Ermənistana səsverməyə gələnlər saxlanılır

Bütün xəbərlər