Xanım alimin evindən 1 milyonluq oğurluq işi: qulluqçu alimin qızının hansı özəl işlərinə yardım edib?













Alimin evindən 1 milyon manata yaxın oğurluq etməkdə təqsirləndirilən şəxslər hakim qarşısına çıxarılıblar.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlamaqda təqsirli bilinən Xanım Zeynalova və Aqşin Qəhrəmanovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslər ifadə verməkdən imtina ediblər.

Xanım Zeynalova ötən proseslərdə özünü təqsirli bilmədiyini demişdi. Məhkəmə ona ifadə verməyi təklif edib.

O, bundan imtina edib və bildirib ki, qeyd edilən əməli törətməyib: “Tək şahidim Allahdır”.

Digər təqsirləndirilən Aqşin Qəhrəmanov da ifadə verməkdən imtina edib.

Zərərçəkmiş tərəf məhkəmədə iştirak etməyib. Ötən proses bu səbəbdən təxirə salınmışdı. Zərərçəkmiş Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının keçmiş direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva bu dəfə də məhkəməyə gəlməyib.

İttihama görə, Xanım Zeynalova Aybəniz Əliyevanın Nəsimi rayonundakı mənzilində qulluqçu işləyib. X.Zeynalovanın 2015-ci ilin yanvar ayından 2017-ci ilin may ayına qədər işlədiyi mənzildən külli məbləğdə pul və qızıl-zinət əşyaları oğurladığı qeyd edilir.

Xanım Zeynalova barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Cinayət işi materiallarında göstərilir ki, istintaq Xanım Zeynalovanın oğurluğu Aqşin Qəhrəmanovla birlikdə törətdiyini üzə çıxarıb. İttihama görə, alimin evindən ümumilikdə 539 min dollar və 179 min manat məbləğində qızıl-zinət əşyaları oğurlanıb. Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq; külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Xatırladaq ki, Xanım Zeynalovanın atası Əbdüləli Zeynalov mətbuata müraciət edərək qızının günahsız olduğunu deyib. Əbdüləli Zeynalov bildirib ki, qızı 2010-2014-cü illərdə Aybəniz Əliyevanın evində xidmətçi işləyib. Bu müddətdə Xanımın Aybəniz Əliyevanın qızı, hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru olan Gülşən Əliyeva ilə münasibəti yaxşı olub: “Qızım Xanım bir neçə dəfə Gülşənə ailə məsələlərində kömək edib, bunun müqabilində isə o, qızıma 2 qızıl-zinət əşyasını verib. Onu da qeyd edim ki, evimizdə yoxlanış aparılan zaman elə həmin qızıllar sübut kimi göstərilib. Sonradan ailə arasında tez-tez xoşagəlməz mübahisələr yaranmağa başlayıb. Odur ki, Xanım işindən ayrılıb”.

Ə.Zeynalov deyib ki, qızı həbs edilən zaman Bakı Metropolitenində işləyib.

Zərərçəkmiş Aybəniz Əliyeva isə açıqlamasında cinayət faktının təsdiqləndiyini bildirib: “Oğurluq edən şəxs də həbsdədir. Biz nüfuzlu ailəyik, evimizdə oğurluq olunması bzim günahımız deyil. Odur ki, adımızın belə məsələlərdə hallanmasını istəmirik”.

Xanım alimin evindən 1 milyonluq oğurluq işi: qulluqçu alimin qızının hansı özəl işlərinə yardım edib?

Son xəbərlər

"Bəzi dairələr ölkəmizin imicinə zərbə vurmaq üçün təxribatçı informasiyalar yayırlar" - Deputat

Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

“Real Madrid” onunla maraqlanır

Ukrayna daha bir kəndi itirdi

Bu ölkə tamamilə işıqsız qaldı

Adil Kərimli Türkmənistan Prezidenti ilə görüşdü

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Mətanətdən Vüqar Muradova ağır sözlər

Qazın qiyməti UCUZLAŞDI

Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

Bütün xəbərlər