Azərbaycanda bir neçə nazirlik bu maşından sifariş verib














Azərbaycanın yeni brendi olan “Khazar” avtomobillərinin artıq satışına başlanılıb. “Qafqazinfo” xəbər verir ki, Neftçala Sənaye Məhəlləsində yerləşən “Khazar” avtomobil zavodu yerli brend kimi bir aydır ki, fəaliyyətə başlayıb. Bu müddət ərzində artıq zavodda 100 avtomobil yığılıb. Müəssisənin illik gücü isə 10 min avtomobildir.

Şirkətin rəhbəri Emin Axundovun sözlərinə görə, ilkin olaraq bazara “Khazar” LD, SD modelləri satışa çıxarılıb:

“Bizdə qiymətlər 14 mindən başlayır, bazardakı qiymətlərdən hardasa 25-30% ucuzdur. Bu sinifdən olan Çin istehsalı maşınlar belə daha bahadır. Gələn həftədən etibarən paytaxtın Badamdar, Ziya Bünyadov və Babək prospektlərində satış mərkəzlərimiz fəaliyyətə başlayacaq. Avtomobillər üçün ehtiyat hissələri mağazalarının isə ayın 20-dən sonra açılması gözlənilir. Hər ay 120 avtomobilin istehsalı nəzərdə tutulub. Yaxın gələcəkdə hissələrin istehsalına zavodda başlanılsa, qiymətlərdə 10-12% ucuzlaşa bilər. Hazırda müəssisə 16-18 min manat dəyərində “Khazar” LD, SD modellərini satışa çıxarıb. İlin sonuna kimi isə fərqli modellərin istehsalına başlanılacaq”.

Şirkət rəhbəri onu da qeyd edib ki, hazırda İqtisadiyyat, Vergilər, Energetika Nazirlikləri, MSK, Gəncə Nəqliyyat Agentliyi və bu kimi bir neçə dövlət qurumlarından 40-a yaxın avtomobil sifariş olunub:

“Satış şərtlərinə gəldikdə isə Kredit şərtlərində 50%, lizinq şərtləri ilə isə 20% ilkin ödəniş olunacaq. Lizinq üzrə illik faiz dərəcəsi isə 18%-dir.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib ki, sadəcə böyük şəhərdə yox, rayonlarda da belə sənaye məhəllələrinin yaradılmasının həm ixracat, həm də idxalat üçün böyük önəmi var:

“Mən bir azərbaycanlı kimi bu işdən qürur duyuram. Biz həm ənənəvi, həm də yeni sahələri inkişaf etdirməyə çalışırıq. Burada yığılma sırf sıfırdan başlayır. Yaxın zamlarda sırf Xəzər avtomobil llərinin satılması üçün şou room da olacaq. Dövlət orqanları da buna cəlb olunub. Yəni, bu işlər sadəcə idxalatla yekunlaşmayacaq”.


Azərbaycanda bir neçə nazirlik bu maşından sifariş verib


Azərbaycanda bir neçə nazirlik bu maşından sifariş verib

Azərbaycanda bir neçə nazirlik bu maşından sifariş verib

Son xəbərlər

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Bütün xəbərlər